Təbrik.Kapitan Qabil Sabirov v- 55



    İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, ,sadəliyi, səmimiyyəti,vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı, kapitan Sabirov Qabil Əlisahib oğlunun bu günlərdə fevral ayında dünyaya göz acdığı  gündür.

     

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda  və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,  onun doğmaları, əzizləri, döyüş və iş yoldaşları- istefada olan kapitan Sabirov Qabil   Əlisahib oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu

  edib deyirlər, Qabil qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Sabirov Qabil Əlisahib oğlu    1970- cü illin fefral ayında Azərbaycan Respublikasının  Ağsu rayonunun Bico kənd kəndində zəhmətkeş bir ailədə anadan olub.

1980- ci  Ağsu rayonunun Bico kənd orta məktəbini, 1994-cü ildə  Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan İdman Akademiyasını), 2000-ci ildə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Baş İdarəsinin Xəzər rayonunda yerləşən zabit heyətinin təhkimləşdirmə  kursunu bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində   və  DİN-in İdman cəmiyyətində keçirilən  bir çox metodiki -təlim toplanışlarda,hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1988-1990-ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Kemrov  şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

 1992- 2001 -ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Ağdam , Ağdərə, Füzuli və Hacıqabul rayonlarında  yerləşən hərbi hissələrində  taqım komandiri, bölük komandirinin müavini,bölük komandiri , alyın idman və fiziki hazırlıq rəisi  vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət edib. “ Hərbi xidmətkecmə haqqında əsasnamənin” 156-cı maddəsinin v) bəndinə əsasən xəstəliyə görə Azərbaycan Respublikasının  Daxili  İşlər Nazirliyi Daxili Qoşunlardan ehtiyata buraxılıb.Hal- hazırda Qabil Sabirov Ağsu  rayonunda fiziki  şəxs kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Qabil Sabirov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Kapitan Qabil Əlisahib oğlu Sabirov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə ona və rəhbərlik etdiyi bölmələrə həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləc də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən  olunmuş  qaydada Daxili Qoşunlara  həvalə  olunmuş  vəzifə və tapşırıqların  yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi  tədbirlərin keçirilmə yerlərində    ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində  kütləvi  iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar,  bədbəxt  hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsindı, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

  Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə  və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxil Qoşunların  İdman komitə sədrinin,zabit heyətinin təhkimləşdirmə kurs rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  bir sıra medallarla, əlacı, yubiley  və idman  dərəcəsi döş nişanları, pul mükafatları ilə,  fəxri fərmanlarla, diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, QABİL!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respublikasının Silahlı  Qüvvələri və  Müharibə  Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages