Təbrik:Kapitan Arif Qafaov- 67



Peşəkarlığı, humanistliyi , dərin zəkası,vətənpərvərliyi, sadəliyi və təşkilatçılıq bacarığı ilə seçilən  Daxili Qoşunların Ağdam,Ağdərə Nərmanov,Binəqədi, rayonlarında və Gəncə şəhərində (Qazax rayonunda) yerləşən hərbi hissələrdə və ayrıca yerləşən taborda  bölük və tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Dövlətə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı, Qafarov Arif Baxşəli  oğlunun  fevral ayını 18- də  dünyaya göz acdığı gündür.Belə bir əlamətdar  gün münasibətilə  Arif Qafarovu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, onun doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Arif qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

 Daimi həyatın cətinliklərindən alnıaçıq  və   üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı Qafarov Arif  Baxşəli  oğlu  1958-ci ilin fevral ayının 18 -də Gədəbəy rayonunda zəhmətkeş bir ailədə anadan olub.

 A.Qafarov Gədəbəy rayon  orta məktəbi və  Bakl Slavyan Universitetini bitrib.Hal hazırda  Bakı şəhər Təhsil İdarəsinin tam orta məktəblərinin  birində müəllim işləyir.

Kapitan Arif Qafarov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. Arif işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada xeyirxah, sadə bir  insan kimi tanınır. 

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarna həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, Daxili İşlər Nazirliyinin və  Daxili Qoşunların hərbi hissələrinin mərkəzi təchizat anbarların  mühafizəsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalada hallar , habelə fövqaladə vəziyyət və komendant zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.


Arif Qafarov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə  və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən  layiqincə gəlmişdir.


 Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə  görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq  əmrləri ilə bir sıra medalarla,  əla xidmətlərə görə  əlacı və yubiley döş nisanları ilə təltif olunub,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona  təşəkkur elan edlib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ARİF!

 DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

 ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


 ÖMRÜN UZUN OLSUN, YÜZ  YAŞA SAĞLAM YAŞA.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages