Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Daxili İşlər Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan peşəkar hərbici və təcürbəli hüquqşunas, Azərbaycanın milli qəhrəmani- istefada olan polkovnik Sahil Məmnədovun fevral ayının 25 -də 61 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan,polis polkovniki Sahil Məmmədovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, (hərbi vəzifəliləri), kollektivi, onun doğmaları,əzizləri, yaxın qohumları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırlar.
Azərbaycanın milli qəhrəmani Məmmədov Sahil Əlamətdar oğlu 1964-cü ilin fevral ayının 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. 6 yaşında ikən əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-ci ildə Bakıxanov qəsəbəsindəki 96 saylı orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə onuncu sinfi bitirmişdir.
1982-ci ildə ordu sıralarına çağırılmışdır. 1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində hərbi xidmətini başa vuraraq, SSRİ DİN-nin Sankt- Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olmuşdur.1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərinə göndərilir. Burada o, Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində bölük komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində çalışmağa başlayır. O, Azərbaycanda baş verən hadisələrlə bağlı çox səthi, əksər hallarda yanlış məlumatlar alırdı. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması xəbəri onu bərk həyəcanlandırır.Valideynlərinin taleyini düşünür, bərk nigarançılıq keçirir. Mart ayında məzuniyyət götürüb, doğma yurdu Nizami kəndinə gedir. Valideynlərini təcili Bakıya yola salıb, Kiyevə qayıdır. Azərbaycana göndərilməsi haqqında rəhbərliyə bir neçə dəfə müraciət edir. Lakin müraciəti cavabsız qalır. 1991-ci ilin oktyabrında SSRİ Daxili İşləri Nazirliyi Daxili Qoşunlarının sıralarından tərxis olunmağı barədə raport yazır. 1992-ci il yanvarın 2-də Azərbaycan Respublikası DIN-nin Daxili Qoşunların Baş İdarəsinin xüsusi motorlaşdırılmış polis (milis) alayında bölük komandirinin müavini kimi xidmətə başlayır. Elə ilk günlərdən hərbi işdəki təcrübəsini nəzərə alaraq cəbhə bölgəsinə göndərilməsini istəyir. Çox keçmir ki, Sahil Məmmədovu Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərinə bölük komandiri ezam edilir. Düşmən Qazançını zəbt etmək üçün hücümlara ara vermirdi. Milli Ordunun və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əsgərləri bu hücumların qarşısını məharətlə alırdı.
Ermənilər növbəti dəfə bütün gücünü toplayaraq hücuma keçdilər. Bu dəfə də güclü müqavimətlə qarşılaşdı və çoxlu itki verərək geri çəkildi. Qazançı kəndi ara vermədən raket və top atəşinə tutulurdu. Mərmilərdən biri cəsur komandirin yanında partladı. O, sağ qolundan və sağ ayağından ağır yaralandı. Onu (mən və bir necə hərbi qulluqçu) döyüş meydanından çıxarıb Bakıya – mərkəzi xəstəxanaya göndərmişdik. Bakı şəhərində həkimlərin ciddi-cəhdi nəticəsində o, elə bil dünyaya yenidən gəldi.
1994-cü ildən polkovnik Sahil Məmmədov DİN-nin Baş Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor vəzifəsində uzun müddət Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Polkovnik Sahil Məmmədov Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında və DİN-in Baş pasport qeydiyyat və Miqrasiya İdarəsində xidmət etdiyi illər ərzində öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə və digər xidmətlərinə görə Daxili İşlər Naziri və onun müavinlərinin,Daxili Qoşunlar Komandanın,Baş pasport və miqrasiya idarə rəisinin,Ali hərbi məktəb rəisinin, polis akademiya rəisinin,diviziya və hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medallarla,döş nişanları ilə,fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb.
Doğum günün mübarək olsun Sahil müəllim!
100 yaşa, sağlam yaşa!
Azərbaycanın Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı Polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder