Təbrik: Polkovnik- leytenat Rövşən Məmmədov -50



 Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili  Qoşunlarında  müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün   24 ildən çox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində   keçirmiş- ehtiyatda olan  polkovnik- leytenat Rövşən Məmmədovun  fevral ayının 20- də  dünyaya göz acdığı gündür.


Belə bir əlamətdar gün   münasibətiilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda  olan polkovnik leytenat Rövşən Oqtay oğlu Məmmədovu Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,  kollektivi , Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, onun doğmaları və  iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu  edib deyirlər, Rövşən qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin ,  hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Rövşən Məmmədov  1975-ci ilin fevral ayının 20-də  Bakı şəhərində zəhmətkeş  bir ailədə anadan olub.


Məmmədov Rövşən Oktay oğlu 1991-ci ildə  Bakı şəhərində   orta məktəbi, 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 1998 -ci ildə  isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlər in  ixtisas artırma kursnu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlada,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi  əldə etmək üçün, Türkiyə Respublikasının Jandarma Qüvvələrində hərbi səfərdə olub.


Rövşən Oqtay oğlu  Məmmədov 1996- 2021- ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində    taqım komandiri, böluk  komandiri, alayın əşya xidməti rəisi,alay komandirinin  maddi- texniki təminat üzrə müavini vəzifələrində çalışıb, həyat yoldaşı gizir Məmmədova Xatuna Rzabala qızı  uzun müddət  Daxili Qoşunların Baş İdarəsinin  maddi- texniki təminat idarəsinin əşya  xidmətində məsul icraçı vəzifəsində Dövlətə və xalqa sədaqətlə xidmət edib.Rövşən hal-hazırda  “Paşa Holding” şirkətinin mühafizə xidmətində növbə rəisi vəzifəsində işləyir.


Rövşən Məmmədov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında  xidmət etdiyi müddətdə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi  Andın,  hərbi, daxil qoşunların  döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, hərbi təchizat anbarların, hərbi yüklərin, inzibati binaların və hərbi şəhərciklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa  fövqalada hallar, habelə fövqaladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


Polkovnik- leytenat Rövşən  Məmmədov Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.


Rövşən Məmmədov həmişə ləyaqətinin,şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

 Məmmədov Rövşən Oqtay oğlu Daxili Qoşunlarda xidmət keçdiyi dövrlərdə  öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların  təlim-tədris mərkəz  rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley  və idman dərəcəsi  döş nişanları ilə təltif olunub, bir     çox fəxri    fərmanlarla, diplomlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 

Döyuş hazırlığındakı əla göstəricilərə,təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində,  döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:


1.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci  və 3-cü dərəcəli medalları ilə;

 2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008), 95 illiyi (1918-2013) və 100 illiyi (1918-2018)” yubiley medalları ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.RÖVŞƏN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan  Respublikasının Silahlı Qüvvələri  və  Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages