Təbrik: Polkovnik leytenat Rafiq Abbasov -58




 Peşəkarlığı, humanistliyi, iradı, sadəliyi, işgüzarlığı, mənəvi keyfiyyəti və  təşkilatçılıq bacarığı ilə seçilən, ömürünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant Abbasov Rafiq Əkbər oğlunun fevral ayının 14-də dünyaya  göz acdığı gündür.

       

Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzü ağ çıxan-istefada olan  polkovnik leytenant Rafiq Abbasovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in ) Daxili Qoşunlarının  ehtiyatda və istefada olan  zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyi, onun doğmaları, yaxınları, iş və döyüşücü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirıər, Rafiq qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günüz  isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyinin üzvü-Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant Abbasov Rafiq Əkbər oğlu 14 fevral 1967-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində zəhmətkeş bir ailədə  anadan olub.Rafiq Gədəbəy rayonun Pərizamanlı kənd orta məktəbi və Azərbaycan Neft Akademiyasının “Qaz-neft mədən mühəndisliyi” fakültəsini bitirib.

 1985-1987-ci illərdə  SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

 1992-2015-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam, Zəngilan, Ağdərə, Nərimanov, Zaqatala, Hacqabil rayonlarında,  Sumqayıt və Gəncə  şəhərlərində yerləşən hərbi hissələrdə taqım komandiri, xidmət rəisi,  hərbi hissə komandirinin maddi- texniki təminat xidməti üzrə müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Rafiq Abbasov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O,işlədiyi və oxuduğu        təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

Qanunvericiliklə meəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşauış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində     ictimai qaydanın  qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi şəhərciklərin  və təchizat anbarların  mühafizə olunmasında,cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan  şəxslərin axtarışında və tutulmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii  fəlakətlər və başqa fövqalada hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

Rafiq Əkbər oğlu Abbasov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Zəngilan rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.


 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, bir cox fəxri fərmanlarla, diplomlara, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz  vəzifələrinin  və hərbi hissə qarşısında qoyulmuş   tapşırıqların yerinə yetirilməsində   fəriqləndiyinə  və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1.”Qüsursuz xidmətə görə_  1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

 2.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;

3.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin10- illiyi (1991-2001), 90- illiyi (1918-2008 ) və 95- illiyi (1918-2013)” yubiley  medalları ilə;

4.”Hərbi xidmətdə fəriqlənməyə görə”  3-cü  dərəcəli medal ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUNRAFİQ!


DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


ÖMRÜN UZUN OLSUN, 100 YAŞA, SAĞLAM YAŞA!


 Azərbaycan  Respubilkasının  Silahlı Qüvvələri   və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages