Peşəkarlığı, işgüzarlığı,və vətənpərvərliyi ilə seçilən, ömrünün şərəfli xidmət yolunun 29 ildən çoxunu Daxili İşlər Nazirliyinin (Din-in) islah -əmək müəssisələrində və Daxili Qosunlarının hərbi hisələrində keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik- leytenant Məlikov Maarif Hərif oğlunun fevral ayının 18- də dünyaya göz acdığı gündür.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və
müharibə veteranı- istefda olan polkovnik- leytenant Məlikov Maarif Hərif oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, onun doğmaları,əzizləri, döyüşcü və iş yoldaşları səmimi qəlbdən təbrik edirlər,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər, Marrif qoy yaşının üstə gələn bu yaş da, sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik-leytenant Məlikov Maarif Hərif oğlu 1963 -cü ilin fevral ayının 18- də Sabirabad rayonunda zəhmətkeş bir ailədə anadan olub.
Malikov Maarif Hərif oğlu 1979-cu ildə Sabirabad rayonunda orta məktəbi, 1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin zabitlər (rəislər) hazırlayan məktəbi, 1998 -cı ildə Müdafiə Nazirliyinin Zabitlərin təhkimləşdirmə ( ixtisas artırma) kursunu, 2009- cu ildə isə Bakı Dövlət Universitetini bitrib.
M.Məlikov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hisələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .
Polkovnik-leytenant Maarif Məlikov 1981-1983-cü illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1988-1993-cü illərdə SSRİ Daxili İşlər Nazirliyinin Rusiyada yerləşən İslah- əmək müəssisələrinin birində müxtəlif vəzifələrdə olub.
1994-2014-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Lənkaran şəhərində, Füzuli, Hacıqabul, Zaqatala və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri, hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, alay və briqada komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Maarif Məlikov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi təçürbə əldə etmək məqsədli ılə Türkiyə Silahlı Qüvvələrində işgüzar səfərdə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarna həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqalada hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, islah- əmək müəssisə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çox fəxri fərmanlarla, diplomlara və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağıdakl medallarla təltif edilib:
1.”Azərbaycan Respublikasının Silahll Qüvvələr Veteranı” medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10 iliyi, 90-illiyi və 95- iliyi yubiley medalları ilə.
Azərbaycan Respublikasının Prezidentinin 09 mart 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdikləri şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MAARİF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Vətən Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder