Yüksək hərbi peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi,işgüzarlığı, mənəvi keyfiyyəti,dəqiqliyi,təmkinliyi,sadəliyi,səmimiyyəti, səmərəli fəaliyyəti və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirmiş ehtiyatda olan polkovnik leytenant Fuad Həsənovun fevral ayının 23- də dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə, daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Fuad Həsənovu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının eləcə də Xüsusi Dövlət Mühafizə Xidmətinin ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fuad qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
polkovnik- leytenant Fuad Həsənov 23 fevral 1972-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub .
1989- cu ildə Bakı şəhərində 60 saylı orta məktəbi, 1994_- cü ildə isə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vladikafqazda yerləşən (Kirov adına) Ali Komandanlıq məktəbini «əla» qiymətlə (fəriqlənmə diplomla) bitirib.F.Həsənov Daxili Qoşunlarda və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi xüsusi- taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Polkovnik- leytenant Fuad Həsənov 1994 - 2013 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Xəzər və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, hərbi hissənin ilk döyüş hazırlığı bölməsinin rəisi, tabor komandirinin müavini- tabor qərargahının rəisi, Xüsusi Dövlət Mühafizə Xidmətində isə təlim- tədris mərkəzi rəisinin müavini və təlim tədris mərkəzinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Xüsusi Dövlət Mühafizə Xidmətində polkovnik- leytenant Fuad Həsənov xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış,qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Fuad Həsənov Daxili Qoşunlarda və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost- tanış, qohum əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət keçdiyi dövrlərdə göstərdiyi digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin və Xüsusi Dövlət Mühafizə Xıdmətınin rəisinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.”Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin 10-illiyi (1991-2001) və 90-illiyi (1918-2008)” yubiley medalarlı ilə.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacı, yubiley və idman dərəcəsi döş nisanları ilə təltif edilib, pul mükafatları ilə, bir cox diplomlarla, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FUAD!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder