Təbrik. Polkovnik-leytenant Vüqar Gülmalıyev-52




   Tarixdə elə insanlar var ki, onlar daima yadda qalır. Belə insanlardan biridə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Hərbi  Hava Qüvvələrinin həyatında öz dəst- xətti  olan, peşəkarlığı , səmərəli fəaliyyəti, xeyirxahlığı, sadəliyi , səmimiyyəti, təmkinliyi, dəqiqliyi, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, polkovnik-leytenant Gülmalıyev Vüqar  Kamil oğlunun fevral ayının 26-da 52 yaşı tamam oldu.

    Polkovnik - leytenant Vüqar Gülmalıyevin  53 yaşının tamam olması münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailliyyətlər arzu edirlər.

    Polkovnik- leytenant  Gülmalıyev Vüqar Kamil oğlu 1973 - cü ilin  fevral ayının 26-da  Goranboy rayonunun Xoylu kəndində zəhmətkeş bir ailədə anadan olub.
1990 -ci ildə Goranboy rayonunun Xoylu kənd orta məktəbini, 1992-ci ildə Daxili                
İşlər Nazirliyi Daxili Qoşunların Əli Bayramlı (indiki Şirvan) şəhərində yerləşən 
tədris alayında kicik komandirlər kursunu, 1993-cü ildə Gəncə şəhər pedaqoji 
texnikumunu, 2008-ci ildə  Azərbaycan Beynəlxalq Universitetini bitirib.

    Polkovnik- leytenant Vuqar Gülmalıyev Daxili Qoşunlarda və Hərbi Hava 
              Qüvvələrində xidmət etdiyi illər ərzində bir neçə xarici ölkələrdə təkmilləşdirmə və 
              ixtisas artırma kurslarını, belə ki:
-2000 və 2006-cı illərdə  Türkiyə Respublikasının Jandarma Qüvvələrinin İzmir şəhərində yerləşən hərbi məktəbində  xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə təkmiilləşdirmə və ixtisas artırma kurslarını;
              -2007-ci ilin fevral ayında Türkiyə Respublikasının Jandarma Qüvvələrinin hərbi       
              məktəbində şiddətli soyuqlarda və dərin qarda fəaliyyət kurslarını;
             -2013 və 2015-ci illərdə Türkiyə Respublikasında havadan yüklərin alınması və     
         atladıcı kurslarını;
-2016-cı ildə Ukrayna Respublikasının Kiyev şəhərində  sərbəst paraşütdan tullanma kurslarını bitirmişdir.

   Vüqar Gülmalıyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və  Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etdiyi  dövrdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrində,  Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində, eləcə də 2018, 2019, 2021, 2022 və 2024-cü illərdə Türkiyə və Qazaxıstan Respublikalarında  keçirilən bir çox təlim -metodiki toplanışlarda, hərbi xüsusi-taktiki təlimlərdə, operativ taktiki-komanda qərargah təlimlərində fəal iştirak edib.
1992-ci ilin  iyul ayından 2016- ci ilin  may ayna kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Əli Bayramlı (indiki  Şirvan) və Gəncə şəhərlərində, Nərimanov, Binəqədi və  Bərdə rayonlarında yerləşən hərbi hissələrində müdavim,  manqa komandiri, taqım komandirinin müavini, qarovul rəisi, xüsusi təyinatlı dəstədə  qrup komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, xüsusi təyinatlı dəstədə kəşfiyyat rəisi, paraşüt-desant axtarış- xilasetmə qrupun rəisi, hərbi hissə komandirin tərbiyəvi işləri üzrə müavini vəzifələrində, Vətənə və xalqa sədaqətlə xidmət etmiş, hərbi hissə komandirinin birinci  müavini-qərargah rəisi vəzifəsini isə bir müddət icra  etmişdir. 2016-cı ilin may ayında öz arzusu ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinindən  ehtiyata buraxılıb.
2016-cı ilin may ayından etibarən Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində  baş zabit vəzifəsində çalışır.

    Vüqar Gülmalıyev öz tabeliyində olanlara Azərbaycan Respublikasının     
              Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili 
              qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr  və sərancamların    
              dəqiq və sözsüz yerinə yetirilməsi işində  daimi nümunə olmuşdur.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Gülmaliyev Vüqar Kamil oğlu Azərbaycan Respublikası Prezıdentının  9 mart 2007-ci il tarixli sərancamı ilə, Daxiili İşlər Nazirinin, Müdafiə Naziri və onun müavinlərinin, Daxili İşlər Nazirinin müavini- Daxili Qoşunlar  Komandanının, Daxili Qoşunlar Komandanının müavinlərinin, məktəb rəisinin və hərbi hissə komandirinin əmrləri ilə  əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş  nişanları ilə təltif olunmuş, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə  mükafatlandırılmış, ona mükafat qaydasında  “polkovnik- leytenant” hərbi  rütbəsi verilmiş, təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:

1."Hərbi xidmətlərə görə" medalı ilə;
2.“Azərbaycan Respublikasının “Sücaitə görə”  medalı ilə;
3."Hərbi xidmətdə fərqlənməyə  görə" 3-cü dərəcəli medal ilə;
4.“Azərbaycan Respublikasının  Silahlı Qüvvələri Veteranı” medalı ilə;
5.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10- illiyi (1991-2001)”  yubiley medalı ilə;
6.“Azərbaycan Respubilkasnın Silahlı  Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;
7.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”  yubiley  medalı ilə;
8.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 💯  illiyi (1918-2018)  yubiley medalı ilə;
9.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
10.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
11.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli  medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


                DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VÜQAR!

                DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

                ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

                ÖMRÜN UZUN OLSUN 100 YAŞA!

             Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı     
          Polkovnik   Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages