Təbrik: Polkovnik- leytenant Maqsud Piriyev-65




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş,yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, şəxsi intizamı və kollektiv arasında şəxsi nüfuzu ilə   seçilən – istefada olan polkovnik-leytenant  Piriyev Maqsud Mehman oğlunun  fevral ayının  15-də dünyaya göz açdığı gündür.

 

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, Maqsud Piriyevi  belə bir əlamətdar gün  münasibətilə  DİN-in Daxili Qoşunlarının istefada və ehtiyatda olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyi,onun doğmaları, iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbkara insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömür arzulayırlar.


Piriyev Maqsud Mehman oğlu  1965 - ci ilin fevral ayının 15-də  Ağcabədi rayonun Qiyaməddinli kəndində zəhmətkeş bir ailədə anadan olub.

M.Piriyev 1983-cü ildə b Ağcabədi rayonun Qiyaməddinli kənd  orta məktəbi, 1990-ci ildə Azərbaycan Kənd Təsərrüfatı  İnstitutunu, 1999-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisasartırma kursunu, 2014-cü ildə isə Türkiyə Respublikasının Jandarma Qüvvələrinin Ankara şəhərində yerləşən hərbi məktəblərin  birində  müəllimlərin ixtisas artırma kursunu bitrib. 

1984-1986-cı illərdə  SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

1990-1991-ci illərdə  Gəncə şəhər və Ağcabədi rayon özünü müdafiə könüllər  taborunun tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1994-2018-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov, Quba, Xızı və Xəzər rayonlarında yerləşən hərbi hissələrində, təlim -tədris mərkəzində və  ali hərbi məktəbində  taqım komandiri,bölük komandiri, avtomobil və zirehli texnika xidməti rəisi, Xızı təlim -tədris mərkəzinin rəisi, müəllim, Daxili Qoşunların Baş İdarəsinin maddi -texniki təminat idarəsində isə baş zabit vəzifələrində xidmət edib.

M. Piriyev Daxili Qoşunların Baş İdasinidə və  hərbi hissələrində  təşkil edilmiş treniqlərdə, seminarlarda, təlim- metodiki   toplanışlarda,xüsusi- taktiki təlimlərdə və nümunəvi – göstəriçi məşğələlərdə fəal iştirak edib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı- istefada olan polkovnik- leytenant Piriyev  Maqsud Mehman oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı, zəhmətkeş baş zabitdir, yaxşı ailə başçısıdır. O,istər təhsil aldığı  orta və ali  təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.

Maqsud Mehman oğlu Piriyev Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin olunmasında,  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizə də,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbbi fəlakətlər və başqa  fövqaladə  hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə   məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin tələblərinin yerınə yetirilməsi işində, öz tabeliyində olanlara və bir çox  hərbi qulluqçulara şəxsi nümünə olaraq,  Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Piriyev  Maqsud Mehman oğlu öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən xüsusi  fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından  Daxili İşlər Nazirinin müvaiq əmrləri aşağıdakı medallara təltif edilib: 

1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

3.” Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

 4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı  Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkasının 95-illiyi (1918-2013)” yubiley medalı ilə;

6.”Azərbaycan Respublikasının  Silahlı Qüvvələri Veteranı” medalı ilə.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar olaraq,dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş  zamanı iğidlik  göstərdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli sərəncamına əsasən ”Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.


YUBİLEY GÜNÜN MÜBARƏK OLSUNMAQSUD!


BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERIYƏ BAXDIĞıNDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ» DEYƏRSƏN… BÜTÜN ARZULARLNIN REALLAŞMAŞI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ. 


Azərbaycan Respubilkasının Silahlı  Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages