Təbrik: Polkovnik Cəbrayıl Qurbanov -64



 Daxili İşlər Nazirliyi (DİN-in)   Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,iradı humanistliyi,sadəliyi, işgüzarlığı, mənəvi keyfiyyəti,  dəqiqliyi, təmkinliyi, xeyirxaxlığı, səmimiyyəti,təvazökarlığı,vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində keçirmiş, Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və müharibə   veteranı- istefada olan polkovnik Qurbanov Cəbrayıl Qurban oğlunun fevral ayının 14 - də   dünyaya göz acdığı gündür.

 

 Daimi həyatın bütün çətinliklərindən  alını açıq və üzüağ çıxan, Azərbacan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı -istefada olan polkovnik  Qurbanov Cəbrayıl Qurban oğlunu doğum günü münasibətilə  DİN-in Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin  zabitlər birliyi, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Cəbrayıl  müəllim qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

 

Polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu  14 fevral 1961-ci ildə Azərbaycan Respublikasının Zaqatala rayonunun Yuxarı Çardaxlar  kəndində zəhmətkeş bir ailədə anadan olub.

1978-ci ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbi, 1987-ci ildə Tula vilayətində Poltexnik İnstitutunu  bitirib. Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi müddət ərzində bir çox hərbi xüsusi- taktiki təlimlərdə, təlim- metodiki toplanışlarda , komanda -qərargah məşqlərində, seminar və konfranslar fəai iştirak edib.Polkovnik  Cabrayıl Qurbanov hərbi təcirübə mübadiləsi və tanışlıq məqsədilə  bir  sıra xarici ölkələrdə ( Türkiyədə, Almaniyada, Rasiyada və Ukraynada) işgüzar səfərdə və müvafiq ixtisasartırma kurslarda iştirak edib.

1987- 1991-ci illərdə Kiişinyov şəhərində öz ixtisası üzrə Zavodda mühəndis vəzifəsində işləyib.

 1993-2017 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Maddi- Texniki Təminat İdarəsində (MTTİ-də) Geyim Təminatı üzrə zabit, MTTİ -də Planlaşdırma və Təminat bölməsının rəisi,  Daxil Qoşunların Baş İdarəsinində Maddi Texniki Təminat İdarə rəisinin  müavini- Qərargah rəisi  vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Cəbrayıl Qurbanov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə fəal iştirak edib.

C.Qurbanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş   zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş     xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.

Yüksək  nüfuza və yeksək vətənpərvərliy  hisslərinə malik olan, Qurbanov Cəbrayıl Qurban oğlu , həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alnı acıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özü etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

 Polkovnik Qurbanov Cabrayıl Qurban oğlu  Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində , Maddi texniki təminat xidmətləri üzrə bir çox peşəkar zabitlərin, gizlərin,müddətdən artıq xidmət edən hərbi qulluqçuların  və kiçik mütəxəssislərin   yetişməsində (hazırlığında), Daxili Qoşunların hərbi hissə və əlahiddə bölmələrinə isə həvalə edilmiş vəzifələrin layıqınca yerinə  yetirilməsində  xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da  Daxili Qoşunların Veteranlar şurasının üzvü kimi  şəxsi  heyətin hərbi-vətənpərvərlik tərbiyəsində öz bilik və baçarığnı onlardan əsirgəməmişdir.

 Qurban Cəbrayılov Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində mandat,  normativ hüquqi aktların  ( normativ hüquqi sənədlərin, maddi- texniki tədris bazanın ) hazırlanması üzrə komissiyaların və metodiki şuranın üzvü, tender, mənzil-  kommunal məişət  komissiyaların sədri olduğu illərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqalada hallar, fövqəladə vəziyyət və komendant saatı  zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, dəfələrlə  diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə , şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

 1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

 2.”Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;

3.”Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin  10-illiyi , 90-illiyi  və 95-illiyi yubiley  medalları ilə.


Azərbaycan Respublikası     Prezidentinin  12 mart 2009-cu il tarixli  204 nömrəli sərəncamına əsasən  Polkovnik Qurbanov Cəbrayıl Qurban oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN CƏBRAYIL MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!



 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages