Təbrik : Mayor Vaqif Əfəndiyev-66



 İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd edilir. Belə ad günü qeyd edən insanlardan biridə  Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Zakatala, Hacıqabul rayonlarında, Şəki, Şirvan  və  Gəncə şəhərlərində yerləşən  hərbi hissələrinin həyatında öz dəst-xətti  və xüsusi xidmətləri   olan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada  olan mayor Vaqif  Əfəndiyevdir. Fevral ayının 12 -də onun  dünyaya göz acdığı gündür.

Daimi  həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan, mayor  Vaqif Əfəndiyevi belə bir əlamətdar gün münasibəti ilə DİN -in  Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, daxili  işlər nazirliyinin zabitlər birliyi, onun doğmaları, yaxınları, iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzu edib deyirlər, Vaqif qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.

Mayor  Əfəndiyev  Vaqif  Zakir oğlu  1959-cu ilin fevral ayının 12- də  Zakatala rayonunda zəhmətkeş bir ailədə anadan olub.

1976 -ci ildə Zaqatala şəhər  orta məktəbini, 1985 - ci  ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedoqoji  Universitetinin)  fiziki tərbiyə və gənclərin cağrışa qədərki hazırlığı fakültəsini, 1999 - ci ildə isə DİN-in Daxili Qoşunların Bas İdarəsinin  Döyüş Hazırlığı İdarəsinin  Xəzər rayonunda yerləşən təlim - tədris mərkəzində  zabitlərin ixtisas artırma  kurslarını bitrib. O, DİN-in Daxili Qoşunların Baş  İdarəsində və  hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda,  xüsusi- taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, semnar  və konfraslarda  olub.

1977-1979-   cu illərdə  SSRİ  Silahlı Qüvvələrinin  Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

1985-1991- cı illərdə  Zakatala şəhər məktəblərin birində  hərbi və fiziki hazırlığ  fənləri üzrə müəllim vəzifəsində işləyib. 

1992- 1994-cü illərdə Zakatala rayonunun  könüllər özünü müdafiə taborunun və Azərbaycan ordusunun tərkibində tabor komandiri vəzifəsində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layıqınca  gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.

Mayor Vaqif Əfəndiyev 1994- 2007 -cü illərdə    Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Zakatala , Hacıqabul rayonlarında, Şirvan və Gəncə şəhərlərində  yerləşən  ayrıca yerləşən ttaborda  və hərbi  hissələrdə bölük komandiri, tabor komandirinin tərbiyəvi işləri üzrə müavini,  tərbiyə bölməsinin rəisi- baş təlimatçı     vəzifələrində  Vətənə dövlətə və Xalqa sədaqətlə xidmət eAzərbaycan Respublikasının müharibə veteranı mayor Vaqif Əfəndiyev Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra   17 ildən çoxdur Zakatala rayonunda idman sahəsində calışır.

Peşəkarlığı, humanistliyi,sadəliyi, səmiyyəti, dəqiqliyi,təmkinliyi,iradi, mənəvi keyfiyyəti  və işgüzarlığı  ilə seçilən, mayor    Vaqif Əfəndiyevi ömrünün  ən məhsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmişdir.

Mayor  Vaqif Əfəndiyev Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi Andın , hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər üçün nümunə olmuşdur .

Vaqif  Zakir oğlu   Əfəndiyev Qaunvercliklə  müəyyən edilmiş qaydada  DİN -in Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, hərbi təchizat anbarların və inzibatı binaların mühafizə edilməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində,   dövlətin ərazi bütövlüyünün təmin olunmasında , üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Öz xidməti vəzifələrinin və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirinin, Daxili  Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin   müvafiq  əmrləri ilə  əla xidmətlərə   görə əlacı  yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edilib,  dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandılıb, ona təşəkkur elan olunub və aşağıdakı medallarla təltif edilib:

1.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xifmətə görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə.

Doğum günün mübarək olsun Vaqif müəllim!

100 (yüz) yaşa sağlam yaşa.

Azərbaycan  Respublikasının Silahlı Qüvvələri və   Müharibə Veteran polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages