Daxili işlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı-istefada olan mayor Atəşi Sabir Neymətulla oğlunun bu günlərdə 57 yaşı tamam olur.
Atəşi Sabir Neymətulla oğlunun 57 yaşının tamam olması münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,əzizləri və iş yoldaşları
səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, aılə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Sabir qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı- istefada olan mayor Atəşi Sabir Neymətulla oğlu 29 fevral 1968- ci ildə Şəki rayonun Qaratorpaq kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1985-ci ildə Şəki rayonu Qaratorpaq kənd orta məktəbini, 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Vilnyus şəhərində xüsusi orta məktəbi, 1999-cu ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən zabitlərin təhkimləşdirmə kursunu bitirib. O, Daxili Qoşunlarda xidmət ertdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarında, xüsusi və hərbi taktiki - təlimlərdə, müvafiq kurslarda, seminar və konfransalarda fəal iştirak edib.
Atəşi Sabir Neymətulla oğlu 1986-1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayətində yerləşən cəzaçəkmə müəssisələrinin birində əməliyyat müvəkkili vəzifəsində işləyib.
1995 -2021-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə və Şəki şəhərlərində, Zaqatala və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandiri, əlahiddə əməliyyat bölüyün komandiri, tabor komandirinin müavini- tabor qərargahının rəisi, kimya və mühəndis xidmətinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etməşdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlanmdırmışdır.
Sabir Atəşi DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mayor Atəşi Sabir Neymətulla oğlu peşəkarlığı, humanistliyi,sadəliyi,işgüzarlığı,dəqiqliyi,təmkinliyi,xeyirxaxlığı, vətənpərvərliyi,iradı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunun iki ilini Daxili İşlər Nazirinin xüsusi orta məktəbiundə,iki ilini cəzaçəkmə müəssisəsində, iyirmi altı ilini isə Daxili Qoşunların hərbi hissələrində müvafiq vəzifələrdə keçirib.
O,DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Sabir Atəşi istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Atəşi Sabir Neymətulla oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, islah -əmək müəssisə rəisinin,hərbi hissə komandirinin, məktəb və təlim tədris mərkəzi rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə döyüş və xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı medalı ilə;
2.“Qüsrsuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə ;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10-illiyi , 90- illyi və 95-iliyi yubley medaları ilə.
Azərbaycan Respublikası Prezıdentının 30 iyun 2002 ci il tarixli 725 saylı sərəncamı ilə Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa,terrorçüluğa və diğər cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsüsi ilə fəriqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub.
YENİ YAŞINğ MÜBARƏK OLSUN, SABİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder