Təbrik: Mayor Astan Hüseynov -62



 


İnsan üçün ən yaddaqalan günlərdən başlicasi onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək hərbi peşəkarliği, humanistliyi, işgüzarliği,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvazökarliği eləcə  də vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarinda keçirmiş, 2-ci qrup müharibə əlili- istefada olan mayor Hüseynov Astan Nəsib oğludur. Fevral ayinin 27- də onun dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün sanaqlarından  alını acıq və üzüağ çıxan- istefada olan mayor Hüseynov Astan Nəsib oğlunu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyi  (DİN-in) zabitlər birliyinin üzvləri,DİN-in Daxili Qoşunlarının ehtiyatda  və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxın qohumları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağliği və həyat yollarinda bitib-tükənməyən nailiyyətlər arzu edirlər . 


Mayor Hüseynov Astan Nəsib oğlu 27 fevral 1963-cü ildə Gürcüstan Respublikasinin Rustavi şəhərində zəhmətkeş bir ailədə anadan olub.


Astan Hüseynov 1980-ci ildə Qazax rayonun birinci Şixli kənd orta məktəbi, 1989-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sankt-Peterburqda (Leninqrad) şəhərində yerləşən LKGİ-nin 60 illiyi adina ali hərbi siyasi məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq kurslarda, bir çox təlim- metodiki toplanişlarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

Mayor Astan Hüseynov 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniyada yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

 1983-1985-cü illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarin Tiflis şəhərində yerləşən diviziyanın konvoy mühafizə alayinda taborun komsomol təşkilatinin katibi, 1989-1991-ci illərdə Ukrayna Respublikasinin Xarkov şəhərində yerləşən hərbi hissələrin  birində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, 1992-1997-ci illərdə isə  Azərbaycan Respublikasinin Daxili İşlər Nğazirliyi Daxili Qoşunlarin Baş İdarəsinin Binəqədi, Qazax, Xəzər rayonlarinda, Gəncə və Sumqayit şəhərlərində yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandirinin birinci müavini, bölük komandiri, ayrıca yerləşən  taborun komandiri, hərbi hissə komandirinin tərbiyə işlər üzrə müavini, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri, Daxili Qoşunlarin Bas Idarəsinin Qərargahında əməliyyat növbətçisi,   tərbiyə şöbəsində  isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Müstəqil Azərbaycanin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinda xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasina və qanunlarina əməl etməsi, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktlarin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara  şəxsi nümünə olmuşdur.


Astan Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadiği ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-taniş, qohum-əqrəba arasinda özünə layiq hörmət qazanmişdir.

Qanunvürciliklə müəyyən olunmuş qaydada  Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və tapşrıqların yerinə yetirilməsində,daxili işlər orqanıarı ilə birlikdə şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi  tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai təhlükəsuzliyin təmin  olunmasında,mühüm dövlət obyektlərin,kommunikasiya qurğuların, xüsusi yüklərin,daxili işlər nazirliyinin maddi-texniki və hərbi təchizat  anbarların (bazaların) mühafizə olunmasında, mühafizə olunan obyektə, hərbi şəhərciyə soxulmuş  və axtarışda  olan  şəxslərin tutulmasında və zərərsizləşdirilməsində,yaşayış mətəqələrinə və cəzacəkmə  müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  fövqaləladə hallar, habelə  fövqəladə  vəziyyət və komendat saatı  zamanı hüquqi rejimin təmin edilməsində,Azərbaycan Respubilkası ərazinin müdafəsində üzərinə düşən  vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.


Hüseynov Astan Nəsib oğlu Azərbaycan Respublikasinin ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Qubadli və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib. O, 1992- ci ilin Avqust ayinin 30 da Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanmişdir.


Hərbi xidmət vəzifələrinin icrasi zamani yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazirliğinda, hərbi intizamin möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlarin Komandanin və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley nişanlari ilə, pul mükafatları ğ, fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandirilmişdir.


Bundan başqa Döyüş hazirliğindaki əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fərqlənməyə,xidmət  dövründə isə şücaət və fədakarliq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti və SSRİ Ali Soveti adindan Daxili işlər nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:

  1. “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medallar ilə;

2.“SSRİ Silahli Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medali ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ASTAN!


UCA RƏBBİMİZ HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


ARZU EDİRƏM Kİ, HƏYATINDA HEÇ BİR ÇƏTİNLİYİN OLMASIN!


QOY HƏYATINDAKI UĞURSUZLUQLARIN SƏNƏ RUH DÜŞKÜNLÜYÜ
YOX, ƏKSİNƏ HƏR ŞEYİ YENİDƏN BAŞLAMAQ ÜÇÜN TƏKAN VERSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜNÜZ GÜLSÜN, ÜRƏYİNİZ SEVİNSİN!


Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages