Yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ehtiyatda olan kapitan Novruzov Nail Nəsib oğlunun fevral ayının 12- də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan kapitan Nail Novruzovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları ,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Nail qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Novruzov Nail Nəsib oğlu 1982-ci ilin fevral ayının 12 -də Naxçıvan Muxtar Respubilkasının Şərur rayonun Maxta kəndində zəhmətkeş bir ailədə anadan olub.
1998 - ci ildə Şərur rayonun Muxta kənd orta məktəbini, 2002 - ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbinin (BAÜKM) Daxili Qoşunlar fakultəsini ), 2003 – cü ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrub.
2002-2004 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Naxcıvan şəhərində yerləşən əlahiddə hərbi hissəsində taqım komandiri, 2004-2007 -ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul rayonunda yerləşən hərbi hissədə kicik komandirlər hazırlayan tədris bölüyündə taqım komandiri-müəllim vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxlıb.Nail Novruziv hal -hazırda Şərur rayonunda yerləşən orta məktəblərin birində hərbi rəhbər vəzifəsində calışır.
Kapitan Nail Novruzov Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil aldığı, DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi nümunə olmuşdur.
Nail Novruzov Daxili Qoşunların Baş İdasində, təlim - tədris mərkəzində və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Kapitan Nail Novruzov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, bədbəxt hadisələr və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,dövlətin ərazi bütövlüyünün təmin olunmasında kapitan Nail Novruzov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə
“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, əlaçı və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları kapitan Nail Novruzovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NAİL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder