Təbrik: Kapitan İsmiyəli Məmmədov-55




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidm  etmiş, yüksək peşəkarlığı, humanis tliyi,işgüzarlığı, mənəvi keyfiyyəti və təşkilatçılıq  bacarığı ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan  kapitan  Məmmədov  İsmiyəli Şəmsi oğlunun  fevral ayininin 5- də dünyaya göz acdığı gündür.


Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, kapitan İsmiyəli Məmmədou elə bir əlamətdar gün münasibətilə DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan  zabitləri, kollektivi, onun doğmaları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib – tük ənməyən nailiyyətlər arzu edib deyirlər, İsmiyəli qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

    

 Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan kapitan    Məmmədov İsmiyəli Şəmsi oğlu 1970-ci ilin  fevral ayının 5-də  Füzuli rayonunun Gecəgözlü  kəndində zəhmətkeş bir ailədə ailədə anadan olub.


İ.Məmmədov 1987-ci ildə Füzuli rayonun Gecəgözlü kənd orta məktəbi,1988-ci ildə Sovet Ordusunda kicik komandirlər hazırlayan  kursu,1993-cü ildə Azərbaycan Politexnik Texnikumunu,1998-ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Doyüş Hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisasartırma kursunu bitrib.    


1988-1989 -ci illərdə Sovet Ordusunda (caviş , baş cavuş  və starşına rütbəsində) müddətli həqiqi hərbi xidmədə olub.


1991-1994-cü illərdə  Azərbaycan Ordusunun  Qubatlı, Zəngilan, Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrində taqım komandırı vəzifəsində olub.


1994- 2006-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin  Füzuli, Hacıqabul və Lənkəran rayonlarında yerləşən hərbi hissələrində  taqım komandiri-müəllim, bölük komandirinin müavini və bölük

komandiri vəzifələrində xidmət edib. 

     

 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluq çular üçün şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

      

İ.Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbi yəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasın da həmişə müsbət mən ada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

   

  Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş  vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış və cəzaçəkmə müəsisələrndə kütləvi iğtşaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında və zərərləş dirilməsində, mühüm dövlət və mühafizə olunan obyektlərin, inzibatı binaların,xüsusi yüklərin və  hərbi təchizat  anbarların mühafizə olnmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərtlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.


Kapitan Məmmədov İsmiyəli Şəmsi oğlu  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Qubadlı, Zəngilan Ağdam və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə   Daxili   İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş  nisanları ilə  təltif olunub,     bir    çox

fərmanlarla, qiymətli hədiyyələrlə mükaf atlandırlıb və ona təşəkkür elan edilib.


Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sıra  medallarla təltif olu nub:



DOĞUM GÜNÜN MÜBARƏK OLSUN,  İSMİYƏLİ!



DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!


ÖMRÜN UZUN OLSUN  100  YAŞA.

 

Azərbaycan Respublikasının Silahlı  Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages