SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, işgüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə secilən, Azərbaycan Respublikasının müharibə veteranı- -istefada olan kapitan Rzayev İlyas Kərəm oğlunun fevral ayının 14- də dünyaya göz acdığı gündür. Belə bir əlamətdar gün münasibətilə İlyas Kərəm oğlu Rzayevi DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxil İşlər Nazirliyinin zabitlər birliyi, onun doğmaları, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadati, həyat yollarında bitib tükənməyən naliyyətlər arzu edib deyirlər,İlyas qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan İlyas Kərəm oğlu Rzayev 14 fevral 1959 - cu ildə Naxcvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1976-ci ildə Naxçıvanşəhər 1 nömrəli orta məktəbi,1983-ci ildə İnşaat və Mühəndislər institunu bitirib.O, SSRİ Silahlı Qüvvələrində və DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında, hərbi xüsusi -taktiki təlimlərdə, müvafiq ixtisasartırma kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
1978- 1980 -cü illərdə SRRİ Silahlı Qüvvələrinin Murmansk vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1980-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrin Havadan Hücum Qoşunlarının Sumqayıt şəhərinin Nasosunu (indiki Hacı Zeynalabədin Tağıyev) qəsəbəsində yerləşən aviasiya hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışıb.
1985 - 1991-ci illərdə SSRİ Daxili işlər nazirliyin Tiflis və Bakı şəhərində yerləşən diviziyalarının Sumqaylt və Naxcvan şəhərlərindəki hərbi hissələrində geyim xidmət rəisi vəzifəsində çalışıb.
1992- 1998 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt və Naxçıvan şəhərlərində, Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrində geyim xidmət rəisi və hərbi hissə komandiri nin maddi - texniki təminat üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.İlyas Rzayev Daxili Qoşunlardan ehtiyata buraxıldlqdan sonra 2020-ci ilə kimi “Azinterpartlayış MMC-də və Sumqayıt şəhər “Riyad” Mühafizə xidmətində məsul vəzifələrdə işləyib.
İlyas Kərəm oğlu Rzayev Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalada hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə SSRİ Müdafiə və Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Respubilkası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından SSRİ və Azərbaycan Respublikasının Müdafiə və Daxili İşlər Nazirlərinin əmrləri ilə müvafiq medallarla təltif edilib:
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15- təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə”3 -cü dərəcəli medalı ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLYAS !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder