Təbrik: İntiqam Allahverdiyev - 50



     Peşəkarlığı,dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi, səmərəli fəaliyyəti və səmimiyyəti   ilə seçilən, ehtiyatda olan baş leytenat Allahverdiyev İntiqam Müseyib  oğlunun  fevral  ayının 13- də  dünyaya göz acdığı gündür.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan  baş leytenat  İntiqam Allahverdiyevi  doğum günü münasibətilə  Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları ,yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İntiqam    qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi  istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


 Baş leytenat  Allahverdiyev  İntiqam Müseyib    oğlu 1975-ci ilin   fevral ayının  13 -də  İsmayıl  rayonun  Hacıhətəmli  kəndində  zəhmətkeş  bir ailədə anadan olub.

   

1992 - ci ildə  İsmayılı rayonun Hacıhətəmli  kənd   orta   məktəbi,   2000 -   ci ildə   Bakı  Rabitə Kolleci, 2003- cü ildə isə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən təlim -tədris  mərkəzində  zabit heyətinin hazırlığı kursunu (fərqlənmə ilə)  bitrub.

     

1994-1997-ci illərdə Azərbaycan Ordusunun  Ağdam rayonunda yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.


 1998-2008 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Nərmanov,Quba və Lənkaran rayonlarında yerləşən  əlahiddə dayaq rabitə qovşağında və hərbi hissələrində (hərbi hospitalda) texnik, taqım komandiri, bölük komandiri, rabitə və ais xidmət rəsi  vəzifəsində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarından   ehtiyata buraxlıb. Hal-hazırda İsmayılı rayonunda  fiziqi şəxs kimi sahibkarlıq işilə məşğuldur.

 

İntiqam  Allahverdiyev DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olub.


İntiqam Allahverdiyev  Daxili Qoşunların  Baş İdasində, təlim - tədris mərkəzində və hərbi hissələrdə keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

    

Baş- leytenat İntiqam Allahverdiyev  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  


Qanunvericiliklə müəyyən olunmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqalada  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Öz  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim-tədris mərkəz rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə  əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:


1.“Qüsursuz xidmətə görə”  3 -cü dərəcəli medalı ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

  2.“Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin” 10 illiyi (1991-2001)  və 90 illiyi (1918-2008) yubiley   medalları ilə.


Hərbi yoldaşları baş- leytenat İntiqam Allahverdiyev  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN  İNTUQAM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

   

Hiç yorum yok:

Yorum Gönder

Pages