İnsan ücün ən yaddaqalan günlərdən biridə onun doğum günüdür.Yaşın üstə yaş gəldikcə insan daha da kamilləşir.Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) Zaqatala rayon şöbəsinin sədri Müharibə Veteranı Ağababayev Elçin Qəhraman oğludur.Onunfevral ayının 25- də 54- yaşı tamam olur.
Belə bir əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının müharibə veteranı Elçin Ağababayevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) rəhbərliyi, Bakmiltv info- saytının kollektivi, AVMVİB-in Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyəti, onun doğmaları, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib,deyirlər Elçin qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.
Azərbaycan Respublikasının müharibə veteranı Ağababayev Elçin Qəhranman oğlu 1971 – ci ilin fevral ayının 25 də Azərbaycan Respublikasının Zaqatala rayonunun Aşağı-Tala kəndində zəhmətkeş bir ailədə anadan olub.
1988 -ci ildə Zakatala rayonun Aşağı- Tala kənd 3 saylı orta məktəbi bitrib, 1989 cu ildə SSRİ Silahlı Qüvvələrinin Strateji raket qoşunlarının Arxangelski vilayətində yerləşən tədris hərbi hissəsində kicik mütəxəsislər kursunu, 1994- cü ildə Zakatala Kənd təsərrüfatı texnikomunu bitrib.
Elçin Qəhraman oğlu Ağababayev 1989- 1991-ci illərdə Sovet Ordusunun strateji raket qoşunlarının Arxangelski vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə (əsgər və cavuş rütbəsində) olub.
O, 1992-1993- cü illərdə Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
1995 – 2000- ci illərdə 20 yanvar şəhidləri ictimai birliyi sədirinin təsərrüfat işləri üzrə müavini olub.
Elcin Ağababayev 1992- 2020 -ci illərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zakatala rayon şöbəsinin üzvü olub, 2020- ci ildən etibarən isə AVMVİB-nin Zakatala rayon şöbəsinin sədri vəzifəsindədir
O,1992 -1993 cü illərdə Azərbaycanın Ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layıqınca gəlmişdir.
Ağababayev Elçin Qəhramanoğlu hərbi xidməti vəzfə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına, və ictimai işlərdə xüsusi fərqləndiyinə görə, Sovet və Azərbayca n Ordularının alay, birqada, və korpus komandirlərinin, bir sıra təşkilat və ictimai birllik sədirlərinin müvafiq əmirləri ilə əla və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olnub:
1.“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994 — 2019)” yubiley medalı ilə;
2. “Milli ordunu 100 illiy ( 1918- 2018)” yubiley medalı ilə;
3. “ Böyük Zəfər” medali ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELÇİN.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Bakmiltv info- saytının təsisçisi və icrası direktoru İlham Rəsulzadə
Hiç yorum yok:
Yorum Gönder