Təbrik: Azad Musayev —53



Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) Zəngilan rayon şöbəsinin sədiri Azad Musayevin ad günüdür. Fevral ayının 3-ü onun 53 yaşı tamam olur.

Müharibə veteranı Musayev Azad Məhəmməd oğlu 1972-ci ilin fevral ayının 3- də Azərbaycanın ən səfalı rayonlarından biri olan Zəngilan rayonunun Seyidlər kəndində zəhmətkeş ailədə anadan olub. O, 1979-cu ildə Zəngilan rayonunun Seyidlər kəndində səkkiz illik məktəbin birinci sinifinə getmiş, 1987-ci ildə həmin məktəbi, 1988-ci ildə, Azərbaycan türklərinin qədim yurd yeri olan Qafan rayon orta məktəbin 9-cu sinifini,1989-cu ildə Zəngilan rayonun Şərikan kənd orta məktəbin 10-cu sinf ini, 1990-cu ildə isə Bakı şəhərində Texniki Peşə məktəbini bitirib.O, orta və peşə məktəbində oxudu ğu vaxtlarda nizam-intizamlı şagirdlərdən biri olmuşdur.

Musayev Azad Məhəmməd oğlu 1990-1992-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.1992-1996-cı illərdə Azərbaycan Ordusunun Zəngilan, Füzuli və Goranboy rayonlarında yerləşən hərbi hissələrin birində manqa komandiri,taqım komandirinin müavinini, bölüyün baş cavuşu vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.

O, Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Vetreranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş,qeyrətli, vətənpərvər,sadə,təvazökər və xeyirxah bir insan kimi göstərmişdir.O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta təhsil müəssisələrində, istərsə də   xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum-əqrəba arasında özünə  layiq hörmət qazanmışdır.Azad Musayev  istər müharibəveteranları və şəhid ailələri ilə, istərsədə respubilkamızın umumu tədbirlərində,döyüşcü  və iş yoldaşlarının xeyir və şərində  həmişə  yaxından fəal iştirak edən insanlardan biridir.

Azad Musayev  müstəqil Azərbaycan Ordusunun  hərbi hissələrində  xidmət etdiyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin nizamnamələrinin,  eləcə də, digər  hüquqi- normativ aktların tələblərinin yerinə yetirilməsi istiqamətində üzəri nə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azad Məhəmməd oğlu Musayev 44 günlük   Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək o, daimi  əsgər və zabitlərmzin yanında olaraq, Azərbaycan Ordusuna  maddi- mənəvi dəstək olmuşdur

O, Azərbaycan Ordusunda hərbi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində isə ictimai vəzifələrinin  icrası zamanı xüsusi fərqləndiyinə və nümunəvi xidmətinə görə   Müdafiə Nazirinin, Azərbaycan Ordusunun Baş qərargah rəisinin, korpus və hərbı  hissə komandirlərnin, bir neçə qeyri-hökmət təşkilatları sədrlərinin, yerli və mərkəzi icra hakimiyyəti orqan rəhbərlərinin, idman klub direktorlarının müvafiq əmirləri ilə  xatirə  medallarl, döş və yubiley nişanları ilə təltif edilib, bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Musayev Azad Məhəmməd oğlunu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

Whats-App-Image-2024-02-03-at-10-16-17 Whats-App-Image-2024-02-03-at-10-16-17-1

Whats-App-Image-2024-02-03-at-10-16-17-2 Whats-App-Image-2024-02-03-at-10-16-18

Whats-App-Image-2024-02-03-at-10-16-18-1 Whats-App-Image-2024-02-03-at-10-16-19

Hiç yorum yok:

Yorum Gönder

Pages