Tanınmış şair Allahyar Xocalının doğum günüdür!




Fevralın 3-ü Qarabağın istedadlı və ləyaqətli oğullarından biri-şair Allahyar Xocalının doğum günüdür. Allahyar müəllim 1946-cı ildə doğulub. Ali təhsilli müəllim idi.O, 2022-ci ildə dünyasını dəyişib.
Allahyar müəllim "Qarabağda" şeirində belə yazıb:

"Üzeyir nəğməsi, Nəvvab fırçası,
Koroğlu nərəsi var Qarabağda.
Mənə elə gəlir, başqa cür dinir,
Kaman Qarabağda, tar Qarabağda..."

Sevindiricidir ki, Allahyar müəllim mənim Qarabağda çəkdiyim əziyyətləri dəfələrlə  qiymətləndirmiş, hətta, "Mənim Şamil qardaşım!" adlı şeir də yazmışdı:
"-O vaxt biz yerli idik,
Sən olmuşdun didərgin.
Mənim şahid qardaşım,
Mənim şəhid qardaşım, 
Mənim Şamil qardaşım."

Allahyar müəllimin ruhu şad olsun.Amin.

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 03.02.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages