ŞƏHİD ƏLİYEV ELŞAD HACIBABA OĞLU
Başını dik tut Şəhid anası! Ana oğul itirər, Vətən qəhrəman tapar!
Zəfər yolu Vətən sevdalı igid oğulların yoludur. Elə yaşama ki, sağlığında unudulasan, elə yaşa ki, öləndən sonra da yaşayasan. Bir Şəhid var bu dünyada: - yarımçıq həyatı ilə bir ömür yaşayan, bəxtinə ölümsüzlük yazılan Elşad Əliyev!
Neçə-neçə döyüş əməliyyatlarının iştirakçısı oldu Elşad. Neçə-neçə qanlı döyüşlər gördü, keçilməz yollar keçdi… Bu yurdun, bu torpağın qəhrəmanlıq tarixinə qanı ilə imza atdı Elşad Əliyev!
Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənini sevən Vətən oğulları! Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu! Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq!

Şəhid oğulların Qələbəsidir!
Güclü lider, Güclü Ordu!
Xalqın birliyinin Qələbəsidir!
Qürürludur Qarabağlı Azərbaycan!
Şuşalı, Ağdamlı, Laçınlı, Kəlbəcərli,
Füzulili ,Cəbrayıllı, Zəngilanlı, Qubadlılı,
Xocavəndli, Xankəndli, Xocallı, Hadrutlu, Ağdərəli,
Zəngəzurlu, Göyçə göllü Azərbaycan !
Elşad fərqli bir uşaq olub… Uşaqlıqdan qanında, canında, ruhunda vətənsevərlik, torpağa bağlılıq varıydı… Çox vətənpərvər idi…Qəlbi Torpaq, Vətən eşqilə döyünürdü Elşadın. Elə Torpaq, Vətən eşqilə də ali təhsilini yarımçıq dayandırıb, ikinci kursun sonlarına yaxın özü könüllü şəkildə əsgərliyə, Vətənin keşiyinə yollandı… Vətənini özündən də, hamıdan üstün tutdu… Hansı ki, o vaxtlar əyanidə oxuyanları ali təhsillərini başa vurmamış həqiqi hərbi xidmətə çağırmırdılar…

Birinci Qarabağ Savaşının Şəhidi Elşad Hacıbaba oğlunun anası Flora Əliyeva:
- Elşad 18 yaşı tamam olandan az sonra əsgərliyə getdi, ilk olaraq Şəmkirdə, sonra isə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissələrdən birində qulluq edib. Sonra məlum 4 iyun qiyamı, Gəncə hadisələri baş verib, övladımın xidmət etdiyi hərbi hissə dağıdılıb.Elşad Bakıya - evimizə qayıtdı, yenidən geriyə çağırılıb birbaşa cəbhə xəttinə, Ağdam istiqamətinə göndərildi.
1993-cü ilin iyul ayının 16-da, cəmi 18 yaşında əsgərliyinin dördüncü ayının 3-cü günündə Ağdamın Şelli kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan Elşad 1993-cü ilin 17 iyul tarixində Bakı şəhərində- Şəhidlər Xiyabanında dəfn olunub.
Ailənin üç oğlan övladından biri, ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan və 1993-cü ildə - cəmi 19 yaşında Şəhid olan - Elşad Əliyevin bu gün 50 yaşı tamam olur.
Şəhid Əliyev Elşad Hacıbaba oğlu 1975 çi ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb o evin ortancıl övladı uşaqlıqdan öz əməlləri və hazircavablığı ilə seçilirdi. 1981- 1991 çi illərdə Elşad Binəqədi rayon 244 nömrəli məktəbdə təhsil alıb, məktəbi əla qiymətlərlə başa vurub. 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomobil fakültəsinə daxil olub, o zamankı 1990-ci ildə olan hadisələr onun Vətənə, torpağa, anaya olan sevgisini birə-on qat artırıb. O səbirsizliklə 18 yaşının tamam olmasını gözləyirdi, ikinci kursun qış semestr imtahanlarını verir. 1993-cü il fevralın 27-də onun 18 yaşı tamam olur. Elşad ölkəmizdə ərazi bütövlüyü uğrunda gedən döyüşlərə biganə qala bilmir, könüllü olaraq ərizə yazıb təhsilini yarımçıq qoyaraq əsgərliyə yola düşür, N saylı hərbi hissədə döyüşlərə qatılır. Yaşı az olduğuna görə onu ön cəbhəyə buraxmırlar, lakin onda olan vətən, torpaq sevgisinə heç nə mane ola bilmir. O vaxtlar ağır döyüşlər gedirdi Ağdamda. Ağdərədə gedən çətin və ağır döyüşlərdə Elşad da ön cəbhəyə gedir. Həmin döyüşlərdə qəhrəmancasına iştirak edir, komandirləri onu heç cür arxa cəbhədə saxlaya bilmirlər, onun fədakarlığına, əzəmətinə, anaya və vətənə olan sevgisisindən qürur duyurlar. Onu balaca əsgər deyə çağırırlar, lakin bir gün o balaca əsgər Ağdamın Şelli kəndi uğrunda gedən ağır döyüşlərdə qəhramancasına şəhid olur. Elşadın bütün arzuları, təhsili yarimçıq qalır. Elşad bu qısa ömrü ilə qəlblərdə taxt qurur! O bir ananın övladı idisə, indi ucaldığı şəhidlik məqamı ilə bütün Azərbaycanın övladı oldu. Şəhidlər ölməz, Vətən bölünməz! İndi onların ruhu şaddır! Onların davamçıları olan əsgərlərimiz torpaqlarımızı mənfur düşməndən azad edərək onların qisaslarını öz qanları bahasına aldılar! Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca, ruhları şad olsun!

Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq. Vətən şəhidlər üçün! Şəhidlər Vətən üçün! Mənfur düşmənə üzərində əldə edilmiş Qələbənin qorunması üçün bir Yumruq olaq!
Allahın lütfüdür, böyük məhəbbəti!
Müqəddəs ruhların oyaq günündə!
Məhz Cümə günündə Ağdam azaddır!
Minlərlə şəhidi var Ağdamın!
Şəhid vermədən azad olan Ağdamın!
Şükür olsun intiqamı alındı!
Məscidində ilk namaz da qılındı!
Qarabağın dayaq nöqtəsidir Ağdam!
Şir ürəkli oğulların var olsun!
Gözünüz, Gözümüz aydın olsun!
Müqəddəs ruhlara ehtiram var!
Vüqarlı, qürurlu Ağdamımız var!
Vətən igid oğulların çiynində dayanır!
Ruhları şad olan şəhidlərə hörmət və Ehtiramımız sonsuzdur!
Vətən uğrunda ölüm həyatın davamıdır
ŞƏHİD ƏLİYEV ELŞAD HACIBABA OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ!
Şəhidlik ən ali, ən uca zirvə, ən şərəfli ölüm. Təbiidir ki, bir ölkədə müharibə, terror aktları baş verirsə, öz qanı, canıyla vətəni qoruyan igidlər də olmalıdır. Dünyada ən şirin şey ömürdür deyirlər, bu igidlər Yaradanın onlara pay verdiyi ömürdən keçirlər vətən uğrunda, torpaq uğrunda. Kimisi üçün bu torpaq adi bir şey, belə şəxslər üçün isə vətəndir, namusdur. Məhəmməd peyğəmbər (s.ə.s) şəhidlər haqqında: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”- demişdir. Ölkəmizin qədim dövrdən bu günə qədər çəkdiyi əzabların qisasını öz qanlarıyla alan oğullar hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olmalıdır. Son dövrlərdə ölkəmizin başına gətirilən müsibətlər yenə neçə gəncin, igidin həyatına son qoydu, onları ən yüksək zirvəyə yüksəltdi.
Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq!
Namərd düşmənin törətdiyi qanlı cinayətlər, insan qətliamları valideynləri gözü yaşlı,övladları atasız, ailələri başsız qoydu! Təskinliyimiz İgid oğullarımızın düşmənə sarsıdıcı zərbələr vuraraq qələbə sevinci bizlərə yaşatdılar! Qisas qiyamətə qalmadı! Bu gün hər birimiz vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı diləyirik. Şəhidlərimizin hər biri qəhrəmanlıq nümunəsidir, onlar bizə sübut etdilər ki, qəhrəmanlar təkcə nağıllarda olmur. Onların hər biri haqqında bir salnamə yazmaq mümkündür. Nə qədər ki cəsur ürəkli, düşmənə qan udduracaq igidlərimiz var, nə qədər ki Ali baş Komandanımız və “dəmir yumruq” altında birləşən xalqımız var torpaqlarımıza heç kim göz dikə bilməz.Təhsil aldığı Universitetində fevral ayının 27-də Şəhid Elşad Əliyevin anım günü qeyd ediləcək!
Şəhid anası Flora Hüseynova:
-“Mənim oğlum Əliyev Elşad Hacıbaba oğlu 1993-cü il iyulun 16-da Birinci Qarabağ müharibəsində - Ağdamın Şelli kəndində şəhid olmuşdur. Ürəyimizdə qubar bağlamış yaraya Azərbaycan Ordusu “dəmir yumruğ”un gücü ilə məlhəm oldu, şəhidlərimizin qanı yerdə qa lmadı. 44 günlük müharibə ərzində bütün dünyaya öz sözünüzü deyə bildik!Allah xalqımızı hər zaman qorusun! Qarabağ Azərbaycandır!

Hiç yorum yok:
Yorum Gönder