Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır.
Su çərşənbəsi münasibətilə Bakmiltv.info və Azərbaycan Vətən Müharibsi Veteranları İctimayi Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsi kollektivi adından hər kəsi təbrik edirik! Su kimi təmiz, aydın, saf ömür diləyirik!
İlham Rəsulzadə
Hiç yorum yok:
Yorum Gönder