İmişli rayonunun yetirməsi, şəhid Rəhim Havar oğlu Alışov Azərbaycanın vətənpərvər, qorxmaz və xeyirxah oğullarındandır. Rəhim bəy 21 iyun 1959-cu ildə doğulub. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qalıb. R.Alışov 1992-ci ilin əvvəllərindən həmin ilin oktyabr ayının 18-dək Biləsuvar rayonunun yetirməsi, indi haqq dünyasında olan igid komandir Qədir Əsəd oğlu Musayevin rəhbərliyi altında düşmənlərimizə qarşı əzmlə vuruşub. 1992-ci il oktyabrın 18-də şəhid olub, bir gün sonra dəfn edilib. Oğlu Mahmud Mehdiyev ailəlidir. 1 qızı var. Qızı Xədicə Mehdizadə 3 yaşındadır. Bu günlərdə ailədə oğul övladı dünyaya gəlməlidir, adını Rəhim bəyin şərəfinə Rəhim adlandıracaqlar.
Mahmud bəy Türkiyədə Kocaeli Sağlık ve Teknoloji Universitesinin tələbəsidir. Ömür-gün yoldaşı və yeganə övladı isə hazırda doğma İmişli rayonundadırlar.
Fevralın 23-ü Mahmud Rəhim oğlu Mehdiyevin 35 yaşı tamam oldu. Mahmud bəy imanlı insandır. Mən dəyərli şəhidimizin övladını doğum günü ilə əlaqədar təbrik edir, ən xoş arzularımı bildirirəm. Fəxrlə qeyd edirəm ki, Rəhim Alışov müasir Azərbaycanın hərb tarixində öz adına layiq iz qoymuşdur.
Ruhu şad, məkanı Cənnət olsun. Amin.
Şəkildə:1. Türkiye-Azerbaycan Dernekleri Federasyonunun kurucusu, çok kiymetli hocamız Bilal Dündar(Türkiyə, İzmit vilayəti), şəhid övladı Mahmud Mehdiyev və tanınmış rəssam, sabiq bank əməkdaşı İlhan İşbaşı (Adapazarı, Sakarye, Türkiyə).
Şəkildə: 2.şəhid Rəhim Alışov.
Qeyd: hazırda İmişli rayonunun Bəhramtəpə qəsəbəsindəki tam orta məktəb Şəhid Rəhim Alışovun adını daşıyır.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 23.02.2025.
Hiç yorum yok:
Yorum Gönder