Şair Allahyar Xocalının xatirəsini anma günüdür!




Qarabağın istedadlı və vətənpərvər oğullarından biri-pedaqoq, şair və publisist Allahyar Xocalının dünyasını dəyişdiyi gündür. Allahyar müəllim Xocalıda doğulmuşdu, ali təhsilli pedaqoq idi. Məlum soyqırım zamanı Allahyar müəllim atası, imanlı insan, 83 yaşlı Allahverdi Quliyev vəhşicəsinə qətlə yetirilmişdi.Təəssüflər olsun ki, Qarabağ və Xocalının azad günlərini görmək Allahyar Xocalıya nəsib olmadı.Onun qələmə aldığı "Qarabağda" adlı şeirindən bir bəndi nəzərinizə çatdırıram:

"Üzeyir nəğməsi, Nəvvab fırçası,
Koroğlu nərəsi var, Qarabağda.
Mənə elə gəlir, başqa cür dinir-
Kaman Qarabağda, tar Qarabağda!"

Ruhu şad olsun.Amin.

Şamil Sabiroğlu, 
Bakı, 15.02.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages