Rejissor, aktyor, ssenari müəllifii Hafiz Fətullayevin ad günüdür.




Hafiz Fətullayev 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır.Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu,bəstəkar Nurəddin Fətullayevin oğludur.M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.Maştağa qəbiristanlığında torpağa tapşırılmışdır.

Filmoqrafiya
Biri Getdi, Qaldı Üçü (film)
Fatehlərin divanı (film, 1997)
Həmkarlar (film)
Qırmızı qatar (film, 1993)
Mücrü (film, 1973)
Müqəddəs oda yanaram (film, 1991)
Nəsimi (film, 1973)
Yeganə əlac (film, 1981)

Hiç yorum yok:

Yorum Gönder

Pages