“ Qırmızı Ulduz” ordenli mərhum Komandan polkovnik Ayazəli Ziyadov həmişə bizimlədir.




 Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı,humanistliyi, səmərəli fəaliyyəti, vətənpərvərliyi, torpağa  bağlılığı, xeyirxahlığı, sadəliyi, səmimiyyəti  və mənəvi keyfiyyətləri ilə seçilən,  Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı olmuş- polkovnik Ziyadov Ayazəli Həzi oğlu 1951-ci ilin may ayının 8-də Masallı rayonunun  Dadva kəndində (indiki  Masallı  şəhərinin Dadva məhəlləsində) zəhmətkeş bir ailədə anadan olmuşdur. 2020-ci ilin may ayının 2-də Bakı şəhərində vəfat etmişdir.

   

 Qeyd edək ki, polkovnik Ayazəli Həzi oğlu Ziyadov Masallı rayonun Dadva kənd  orta məktəbini, SSRİ DİN-in Daxili Qoşunlarının Tiflis şəhərində yerləşən Dviziyanın tədris alayında güzirlər (bölüyün baş cavuşu, qarovul rəisi  və taqım komandiri ixtisası üzrə) məktəbini, Azərbaycan Dövlət  Bədən Tərbiyəsi Institutunu (indiki  İdman Akademiyasını),  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Saratov şəhərində yerləşən ali hərbi komandirlər məktəbini bitirmişdir.


 Polkovnik Ayazəli Ziyadov Daxil İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Tiflis və Bakı şəhərlərində yerləşən diviziyalarda  və hərbi hissələrdə keçirilən təlim- metodiki toplanışlarda, taktiki- xüsusi təlimlərdə, nümunəvi- göstərici məşğələlərdə, müvafiq ixtisasartırma kurslarında, seminar və konfranslarda fəal iştirak etmişdir.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı olmuş- polkovnik Ayazəli Ziyadov 1969 -1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin   Tiflis və Bakı şəhərindəki divizyaların Sabail və Nizami  rayonlarında  yerləşən əlahiddə konvoy (müşayiət) taborunda və konvoy -mühafizə alayında  bölüyün baş cavuş,taqım komandırı, bölük komandiri, qərargah rəisinin nəzarətçilər üzrə baş köməkçisi və tabor komandiri vəzifələrində xidməti borcunu uğurla yerinə yetirmişdir.

   

1992-  1996 - ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Səbayıl, Siyəzən rayonlarındada yerləşən əlahiddə müşayiət-konvoy taborun, tədris alayın komandiri, Daxili Qoşunlar Komandanın birinci müavini və Daxili Qoşunlar Komandanın əvəzi  vəzifələrində  xidmət etmişdir.     


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı olmuş- polkovnik Ayazəli Ziyadov 1990- 1993 ci illərdə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Tovuz, Qazax Ağdam, Zəngilan, Gədəbəy və Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə ona  və hərbi hissəyə  həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyətlə  şərəf  hissi ilə yerinə yetirmişdir. Ermənlərin Qazax rayona hücumu zamanı onların qarşısını qətiyyətlə aldığına görə erməni ekstremistləri  məhrum Ayazəli Ziyadovu qara polkovnik çağıraraq, ölümünə küllü miqdarda pul ayırmışlar. 

 

Özünə və tabelikdəki  hərbi qulluqçulara  qarşı daimi tələbkarlığı və işgüzarlığı  ilə seçilən,  polkovnik Ayaz  Ziyadov ömrünün  ən məhsuldar dövrünün 32 illdən çox şərəfli xidməti yolunun  hərbı xidmətə sərf edərək Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, təchizat anbarların, hərbi şəhərciklərin və  cəzaçəkmə müəssisələrinin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində polkovnik  Ayazəli Ziyadov üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.

     

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifə borclarını əla yerinə yetirdiyinə görə Daxili İşlər  Nazirin müvafiq əmri ilə   həvəsləndirmə qaydasında    Ayazəli Ziyadova vaxtından əvvəl   "polkovnik" hərbi rütbəsi verilmişdir.

    

Ermənistan respublikasının, respublikamıza qarşı təçəvuzu  başlanandan bəzi cəbhənin qaynar döyüş nöqtələrində  üzərinə düşən vəzifə və tapşırıqları  yerinə yetirərkən  xüsusi  fəriqləndiyinə və xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yaşadığına  görə  polkovnik  Ziyadov Ayızəli Həzi oğlu  "Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur.


Polkovnik Ziyadov Ayazəli  Həzi  oğlu öz xidməti vəzifələrini, Daxili Qoşunlar və hərbi  hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın, xidmət etdiyi diviziyanin  və hərbi hissə komandirlərinin və  təhsil aldıgı  təhsil müəssisələrinin məktəb rəislərinin  müfaviq əmrləri ilə əla xidmətlərə görə əlacı, 

yubiley və müvafiq  idman dərəcəsi döş nişanları ilə  təltif olunmuş,  bir çox  fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlmış, ona təşəkkür elan edilmiş və aşağıdakı  medallarla təltif edilmişdir:


1.“SSRİ Silahlı Qüvvələrinin yaranmasının  60 illiyi (1918-1978)” yubiley medalı ilə;


2.”SSRİ Silahlı Qüvvələrin  yaranmasının  70 illiyi (1918-1988)”  yubiley medalı ilə;


3.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


4.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


5.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.




Allah rəhmət eləsin,qəbri nurla dolsun!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.

Hiç yorum yok:

Yorum Gönder

Pages