Bu dünyada heç nə əbədi deyil, təkcə el sevgisindən, xalq məhəbbətindən savay...
İnsan da bu dünyaya müvəqqəti gəlir... Kimisi qısa ömür kimisi də uzun ömür... Ondan geriyə qalan isə xatırlanan xoş əməlləri olur.
Əməlisaleh insanlar bu dünyanı tərk etsələr də yaxşı əməlləri onları yaddaşlarda yaşadır, unudulmaz edir.Belələri el üçün yaşdan, xalq üçün yaranan örnək insanlardır.Belə insanlardan biridə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, işlədiyi kollektiv arasında dərin hörmət qazanmış-polkovnik leytenat Qasımov Ədalət Yadulla oğlu olmuşdur. Əgər Ədalət yaşasaydı fevral aynın 20- də 63 yaşı tamam olacaqdı.
Xatırladaq ki,polkovnik- leytenant Ədalət Qasımov 5 il 2 aydan çoxdur ki, aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub.Təssiflər olsun ki,ömür vəfa etmədi, 2019-cu ilin noyabr ayının 30-da Bakı şəhərində 57 yaşında vəfat etdi,Xəzər rayonun Mərdakən qəsəbə qəbirsanlığında isə dəfn olundu.
Qasımov Ədalət Yadulla oğlu Azərbaycan Respublikasının Lerik rayonunun Qələbin kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.Rayon internat məktəbində orta təhsilni almışdır.
1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xabarovski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1988-ci ildə Xabarovski şəhərində Politexnik institutunun avtonəqliyyatın “istismarı” fakültəsini bitirmişdir.Bir müddət öz ali ixtisası üzrə Xabarovski şəhərində işləmişdir. Sonra Azərbaycan Respublikasına qayıdaraq uzun müddət Yerli Sənaye Nazirliyinin Nəqliyyat kontorunda çalışmışdır.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır.Belə oğlanlardan biri də Vətən təəssübü çəkən polkovnik- leytenant Qasımov Ədalət Yadulla oğlu olmuşdur. Ə.Qasımov 1992-2013-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Şirvan (Əlibayramlı), Ağdam, Füzuli, Nərimanov, Xəzər rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə avtomobil və zirehıi texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin avtomobil və zirehli texnika şöbəsində baş zabit və şöbə rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Ədalət mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilmiş,1992-ci ilin sentyabr ayında Daxili işlər nazirliyi Daxili Qonşunların sıralarında zabit olaraq hərbi xidmətə başlayıb. Mütəxəssis zabit kimi o çətin günlərdə Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirmişdir
Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Ədalət Qasımov öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Qasımov Ədalət Yadula oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəsələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissəyə və avtomobil zirehli texnika xidmətinə (şöbəsininə) həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli müvafiq sərəncamı ilə Ədalət Yadulla oğlu Qasımov "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,şöbə rəisinin və hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmiş, dəfələrlə diplomlarla, fərmanlarla,qiymətli hədiyələrlə mükafatlandırılmış,ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1."Qüsursuz xidmətə görə" 2 -ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Hal- hazırda haqq dünyasında olan, polkovnik- leytenant Qasımov Ədalət Yadulla oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvəri və Müharibə
Veteranı polkovnik Salman
Hiç yorum yok:
Yorum Gönder