Qaxda yol qəzası olub, xəsarət alan var



Qaxda yol qəzası olub.

Bakmiltv.info-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qorağan-Qax avtomobil yolunda, Alatəmir kəndi ərazisində baş verib. İlkin məlumata görə, “QAZel” markalı xırda tutumlu yük maşını minik avtomobili ilə toqquşub, daha sonra aşıb.

“QAZel”in sürücüsü 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Kamran Əzizov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages