"Rusiya və ABŞ prezidentləri arasında görüşün konkret tarixi hələ müəyyən edilməyib, çətin ki, bu görüş növbəti həftə baş tutsun".
Bakmiltv.info TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
V.Putinin müşaviri vurğulayıb ki, iki ölkənin nümayəndə heyətləri sıx işləməlidirlər.
"Ər-Riyadda baş tutan Rusiya-ABŞ danışıqları yaxşı keçdi, tərəflər bütün məsələlər üzrə ciddi müzakirə apardılar. Rusiya və ABŞ-dən olan ayrı-ayrı qruplar yaxın vaxtlarda Ukrayna ilə bağlı təmaslara başlayacaqlar", - deyə Y.Uşakov vurğulayıb.
Hiç yorum yok:
Yorum Gönder