Professor Nəsiman Yaqublunun ölümü Azərbaycan vətəndaş cəmiyyəti üçün çox ağır itkidir...




Dəyərli dostlar, bilirik ki, yaşadığımız bu dünya fanidir. Bəlkə, elə ona görə də mən də mərhum atam və mərhumə anam kimi sərvət toplamağa cəhd göstərmədim. Ətrafımdakı bəzi acgözləri, tayfabazları, rüşvətxorları gördükcə onların halına acıdım: ay bədbəxtlər, yığın - yığın, sonda özünüzlə nə aparacaqsız o dünyaya?
Azərbaycan tarix elminin fədakarlarından olan Nəsiman Yaqublu da gözü-könlü tox insan idi. O, Azərbaycan Xalq Cümhuriyyətini və Məmməd Əmin Rəsulzadənin irsini araşdıran elm adamı kimi yaddaşlarda qaldı.2024-cü il avqustun 25-də Füzuli rayonu ərazisində avtoqəzada həlak oldu.Nəsiman müəllim tarix elmləri doktoru, Professor elmi adını almışdı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Mən bilmirəm, bu yazını Nəsiman müəllimin ailə üzvlərindən kimsə oxuyacaq, ya yox?Ancaq onu bilirəm ki, həm ailəsi, həm də Azərbaycanın vətəndaş cəmiyyəti üçün çox ağır itkidir.
Ruhu şad, məkanı cənnət olsun. Amin.

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 22 fevral 2025-ci il.

Hiç yorum yok:

Yorum Gönder

Pages