Polkovnik - leytenat Əlif Dünyamalıyevin vəfatından 5-il ötür.



 Daxili İşlər Nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti  və xüsusi xidmətləri olmuş    ,polkovnik -leytenat Dünyamalıyev Əlif  Cəmil oğlunun mart ayının 3-də vəfatından 5 il ötür.Qeyd edək ki, Əlif Dünyamalıyev   2020-ci ilin  mart ayının 3-da Bakı şəhərində 59 yaşında vəfat edib.  


Ömrünün gününü  Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən, Azərbaycan Respublikasının müharibə veteranı olmuş- polkovnik leytenat  Əlif   Dünyamalıyev idi.


 Polkovnik- leytenant Dünyamalıyev Əlif Cəmil oğlu 1964-cü illin fevral ayının 26-da Göycə mahalının Basarkeçər (Verdanis) rayonun Güney kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.


1981-ci ildə Göycə  mahalının Basarkeçər (Verdanis) rayonun Güney kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu (indiki  Azərbaycan Texniki Universitetini) bitirmişdir.


Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 1992-ci illin yanvar ayına kimi öz ixtisası üzrə Bakı şəhər istehsalat  sahələrində çalışmışdır.


Ə.Dünyamalıyev 1992-1998-cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanovə Xəzər rayonlarında  yerləşən hərbi hissələrində   avtomobil və zirehıi texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin    avtomobil və zirehli texnika şöbəsində  hərbi mefəttişliyin rəisi, 1998-2001-ci illərdə Müdafiə Nazirliyin hərbi polis idarəsində  avtomobil müfəttişliyin rəisi, 2001 -2014 -cü illərdə   Daxili Qoşunlarının Xəzər və Nərmanov rayonlarında  yerləşən hərbi hissələrində (hərbi hospitalda )  avtomobil və zirehli  texnika xidmət rəisi, hərbi hissə komandirinin (hospital rəisinin) maddi- texniki təminat üzrə müavini,Daxili Qoşunların  Baş İdarəsinin maddi- texniki  təminat idarəsinin qərargahında isə     baş zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.


Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Əlif mülki işdən ayrılaraq  hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilmiş,1992-ci ilin yanvar ayından Daxili işlər  nazirliyi   Daxili Qonşunların sıralarında  zabit olaraq hərbi xidmətə başlamışdır.Mütəxəssis zabit kimi o çətin günlərdə Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələri bacarıqla və  vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikasının mniüharibə veteranı idi


Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək  fəaliyyət göstəricilərinin əldə edilməsində Əlif  Dünyamalıyev öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir. 

      


Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi polis idarə rəisinin, şöbə rəisinin və hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə təltif olununuş, dəfələrlə fərmanlarla, diplomlarla,qiymətli  hədiyələrlə (pul mükafatları ilə) mükafatlandırılmış,ona təşəkkur elan edilmiş  və  aşağıdakı medallarla təltif olunmuşdur:


  1."Qusursuz  xidmətə görə" 1 -ci dərəcəli  medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;



2.“Qüsursuz xidmətə görə”  2-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;



3.“Qüsursuz xidmətə  görə” 3 -cü dərəcəli medal ilə-Silahlı  Qüvvələrdə  10 təqvim ili xidmətə görə;



4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley  medalı ilə;



4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.



Hal- hazırda  haqq dünyasında olan, polkovnik- leytenant  Dünyamalıyev Əlif Cəmil oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..



ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!



 Dərin hörmətlə və ehtiramla: Azərbaycan Respubilkasının Silahlı Qüvvəri  və   Müharibə

Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages