Hər bir insan bəlli bir yaş həddinə çatdıqdan sonra ömür yolunu özü müəyyən edir, fəaliyyət dairəsini istək və bacarığına uyğun şəkildə seçir.Bəzən öz qüvvəsini, qabiliyyətini nəzərə almayıb yanlışlığa yola verənlər də olur.Bu isə insanı çətinliklərlə üz -üz qoyur, uğursuzluqlara gətirib çıxarır.Insan sevdiyi və bacardığı sahədə çalışanda isə həm daha çox uğura imza ata bilir,həm də sanki ömür yolu daha mənalı, dahada rəngarəng olur.
Sevdiyi sahədə çalışıb mənalı ömür yaşayanlardan biri də, Daxili İşlər Nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş -polkovnik leytenat Dünyamalıyev Əlif Cəmil oğlu idi.Əgər yaşasaydı fevral aynın 25- də onun 61 yaşı tamam olacaqdı.
Əlif Dünyamalıyev 4 il 11 aydan çoxdur ki, aramızda yoxdur, ədəbiyyata, haqq dünyasına qovuşub.Təssiflər olsun ki,ömür vəfa etmədi, 2020-ci ilin mart ayının 3-da Bakı şəhərində 59 yaşında vəfat etdi.
Ömrünün gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə oğlanlardan biri də Vətən təəssübü çəkən, Azərbaycan Respublikasının müharibə veteranı olmuş- polkovnik leytenat Əlif Dünyamalıyev idi.
Qeyd edək ki,polkovnik-leytenat Dünyamalıyev Əlif Cəmil oğlu 1964-cü illin fevral ayının 26-da Göycə mahalının Basarkeçər (Verdanis) rayonun Güney kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
1981-ci ildə Göycə mahalının Basarkeçər (Verdanis) rayonun Güney kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirmişdir.
Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 1992-ci illin yanvar ayına kimi öz ixtisası üzrə Bakı şəhər istehsalat sahələrində çalışmışdır.
Ə.Dünyamalıyev 1992-1998-cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanovə Xəzər rayonlarında yerləşən hərbi hissələrində avtomobil və zirehıi texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin avtomobil və zirehli texnika şöbəsində hərbi mefəttişliyin rəisi, 1998-2001-ci illərdə Müdafiə Nazirliyin hərbi polis idarəsində avtomobil müfəttişliyin rəisi, 2001 -2014 -cü illərdə Daxili Qoşunlarının Xəzər və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalda ) avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin (hospital rəisinin) maddi- texniki təminat üzrə müavini,
Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin qərargahında isə baş zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Vətənimiz üçün ağır günlərdə Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Əlif mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərəfli vətəndaşlıq borcu bilmiş,1992-ci ilin yanvar ayından Daxili işlər nazirliyi Daxili Qonşunların sıralarında zabit olaraq hərbi xidmətə başlamışdır.Mütəxəssis zabit kimi o çətin günlərdə Azərbaycanın ərazi bütovlüyu uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirmişdir
Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstəricilərinin əldə edilməsində Əlif Dünyamalıyev öz əməyini, bilik və təcrübəsini əsirgəməmişdir.
Dünyamalıyev Əlif Cəmil oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, təchizat anbarların və nəqliyyat vasitələrinin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütıəvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəsələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,eləcə də Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi polis idarə rəisinin, şöbə rəisinin və hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olununuş, dəfələrlə fərmanlarla, diplomlarla,qiymətli hədiyələrlə (pul mükafatları ilə) mükafatlandırılmış,ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1."Qusursuz xidmətə görə" 1 -ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Hal- hazırda haqq dünyasında olan, polkovnik- leytenant Dünyamalıyev Əlif Cəmil oğlunun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır və yad edilir. Belə vicdanlı oğulları ilə tanınır Vətən..
ALLAH RƏHMƏT ELƏSİN,RUHU ŞAD,MƏKANIN CƏNNƏT OLSUN!
Dərin hörmətlə və ehtiramla: Azərbaycan Respubilkasının Silahlı Qüvvəri və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder