İlqar Gəncəli oğlu Rəhimzadəni 35 ildən çoxdur tanıyıram. Əslən Naxçıvan MR Culfa rayonunun Saltaq kəndindəndir. İlqar müəllim hazırda Bakıda yaşayır. Sabiq polis əməkdaşıdır. İlqar müəllim nümunəvi ailə başçısıdır. 3 övladı var. Böyük oğlu zabit rütbəsində xidmət edir. İlqar müəllimin kiçik oğlu Vüsal Rəhimzadə Bakı Dövlət Universitetini bitirib. O, 2025-ci ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
Fevralın 21-də DSX-də xidmətə başlayan gənc əsgərlər hərbi qaydada and içdilər. Onlardan da biri Vüsal Rəhimzadədir. Təbrik edirik. Arzu edirik ki, hərbi xidmətini sağ-salamat başa vuraraq doğma ocağına qayıtsın. Amin.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 23.02.2025.
Hiç yorum yok:
Yorum Gönder