Təsəvvür edin, 3700 metr, Camışdağda oksigen çatışmır. Əsgərlər donurlar, qızdırıcı heç nə yox, isti yemək yox. Əlimizdə olan “kovyadina”lar tamamilə donub. Nə az, nə çox düz 1 aydan çox biz donmuş çörək və “kovyadina” yedik. Əlavə onu qeyd edim ki, batalyonlara bələdçilər verilsə də qarın çovğunu, tufanı hərəkətə imkan vermirdi. Çovğun əksər yerlərdə tar uçqunu yığını yaradırdı. Heç kim hara getdiyin bilmirdi. Qar izləri tam örtürdü. Belə olan halda hərəkətdə olan əsgərlər donmamaq üçün hərəkətlərini tezləşdirməli olurdular. Amma qar tufanında yolu azan heyət tara düşürdülər. 400-500 yüz metr, bəzi hallarda isə 1000 metrə yaxın dağın uçrumlarına yuvarlanırdılar. Belə bir vəziyyətdə Azərbaycan əsgəri döyüşdü”.
Azərbaycan ordusunun tam formalaşmadığı vaxtlarda ən şərəfli döyüş yollarından biri də Murovdağ istiqamətində olan döyüş əməliyyatları olub. Bu əməliyyatlarda 144 nəfər şəhid olub, 111 nəfər itkin düşüb, 1337 nəfərdə donvurma halları qeydə alınıb.
Ordu.az Murovdağ istiqamətində gedən döyüşlərin iştirakçısı olan, keçmiş batalyon komandiri Gəray Əsədovla müsahibəni təqdim edir:

- Komandir, dəvətimizi qəbul edib, müsahibəyə razılaşdığınız üçün sizə minnətdarlığımı bildirirəm.
- Çox sağ olun. Mən minnətdaram ki, tədricən unudulmaqda olan döyüş yollarımızı tarixləşdirirsiniz.
- Komandir, bizə Murovdağ istiqamətində gedən döyüşlərə qatılmağınızla bağlı məlumat vermənizi xahiş edirəm.
- Murovdağ əməliyyatı 9 dekabr 1993-cü ildə başladı, 1994-cü ilin 13 fevral tarixinə qədər davam etdi. Bu əməliyyatlarda ilk olaraq 29 dekabrda Meydançay əməliyyatı həyata keçirildi. Bu yer dəniz səviyyəsindən 3462 metr yüksəklikdədir. Bizə döyüş sərəncamı ilə göstəriş verildi ki, kiçik bir qüvvə ilə Koroğlu dağından aşıb düşmən arxasında pusqu qurulmalıdır. Mənim rəhbərliyimlə 86 nəfərlik qüvvə düşmən arxasına keçdi. Meydançay rayonunda, sərəncamda öncədən müəyyən edilən yerdə Yanşaq, Zallar yaşayış məntəqəsinin qarşısında pusqu qurduq. Birinci batalyon da Ömər aşırımından keçərək aşırımın qabağında 31-46 yüksəkliyi vardı, ora hücum etməlidir. Bu yüksəklik bizim üçün çox önəmli idi. Çünki ermənilərin postu həmin yüksəklikdə yerləşirdi. Buna görə də onlar bizim əsas hərəkətliliyimizi nəzarət altında saxlaya bilirdilər. Biz çox çətinliklə də olsa, düşmən aşırımına keçə bildik. Bunu ermənilər heç vaxt fikirləşmirdilər ki, bu cür çətin iqlim, relyef şəraitində biz onların arxasına keçə bilərik.
Biz həmin qış ayında 18 saat yol qət edəndən sonra, düşmən arxasına keçib onları pusquya salmaq üçün mövqelənə bildik. Artıq dekabrın 29-u saat 6-da mən məruzə elədim ki, biz döyüş sərəncamına əsasən göstərilən yerdəyik. Biz pusqunu qurub qurtarmışdıq. Məruzəmizdən sonra 1-ci batalyonun komandiri Qurban Qurbanov hücum əmri verdi. Hücumların qarşısında tab gətirə bilməyən ermənilərin qüvvəsi tükənirdi. Artıq onlar qaçmağa başlamışdılar. Qaçan ermənilərdən bir neçəsi bizim durduğumuz yerdən başqa istiqamətə qaçırdı. Mən həmin vaxt bir taqımı ordan qaçan erməniləri məhv etmək üçün göndərdirm. Qaçan ermənilərin qırıldığını görən postdakı digərləri bizim əsgərlərimizin o istiqamətdə olduğunu düşünüb, çoxu bizim pusqu qurduğumuz yerə doğru gəldilər. Rəhbərliyimdə qalan iki taqımla Meydançayda erməniləri pusquya saldıq. O döyüşdə düşmənin 100-ə yaxın erməni əsgərini tamamlə məhv etməyi bacardıq. Həmin döyüş zamanı briqada 10 km-ə yaxın ərazini düşməndən tamamilə təmizlədi. Bu üstünlükdən sonra Ömər aşırımında olan minalar tamamilə təmizləndi, minaların tam təmizlənməsindən sonra Meydançay rayonunda briqada müdafiə rayonunu qurdular. Bunun bir uğurlu cəhəti o oldu ki, ermənilər bu qəfil hücumu belə gözləmirdilər.

- Əməliyyatın qış ayında keçirilməsi vacibi idimi, əgər əməliyyat o vaxtı keçirilməsəydi, bu qədər itki verə bilərdikmi?
- Mən sizə deyim ki, Murovdağ əməliyyatının qış aylarında keçirilməsi tamamilə yanlış idi. Əgər bu əməliyyatın nə zaman keçirilməsi vacib idi deyə soruşsanız, tam qətiyyətlə deyərdim ki, bu yalnız yay aylarında olsaydı daha çox effektli olardı. Səbəbini açıqlayım sizə. Əgər biz yay vaxtı Kəlbəcər istiqamətində hücumu davam etdirsəydik, Ağdam və Füzuli rayonları işğal olunmazdı. Yenə də deyirəm əgər bu əməliyyat 1993-ün may-iyun aylarında olsaydı. Çünki bizdə hərbi əməliyaytların ümumi gedişatı yuxarı rəhbərlik tərəfindən dəqiq analiz edilmirdi. Ermənilərin Ağdam-Füzuli istiqamətində irimiqyaslı hücumlar təşkil etdikləri vaxt, Murov istiqamətində onların qüvvəsi çox az idi. Onlar Murovda yalnız bir rotayla dayandığı halda, biz bir briqadayla dayanmışdıq. Qüvvələr nisbətini götürəndə yay aylarında biz onlardan qat-qat çoxuyduq. Əgər biz o zaman hücum etsəydik, ermənilər məcburi olaraq Ağdam və Füzuli istiqamətində olan qüvvələrini Kəlbəcər istiqamətinə atacaqdı. Bu da həmin istiqamətlərdə düşmən qüvvələrinin zəifləməsinə gətirib çıxaracaqdı. Yenə də bunun altından xətt çəkərək təkrar edirəm, yay aylarında ermənilərin Kəlbəcər istiqamətində 100-150 nəfərlə dayandığı halda, biz 4 min nəfərlə dayanırdıq, bu da mənasız idi. Əgər bizim hücumlar yayda olsaydı, ən azından Ağdərə-Kəlbəcər yolunu bağlamaq imkanımız olardı.
- Şəxsən sizin rəhbərlik etdiyiniz komandandan tara düşən olmuşdu?
- Yox, tara düşən yox, amma itkilərimiz oldu. 9 dekabr 1993-cü ildə başladıq, 1994-cü ilin 13 fevral tarixinə qədər isə 80 nəfər şəhid verdik. Bu ötən müddət ərzində biz çox ağır döyüşlər apardıq. Apardığımız döyüş əməliyyatları ilə meydançanı götürdük, 26-68, 24-75, 13-72 sonradan 21-41 yüksəklikləri. Bağırlı dağı, Buzluq dağında biz ağır döyüşlərdə olduq. Həmçinin Ağdaban, Şayqovuşan istiqamətində, Bağırlı, Bağırsaq istiqamətlərini görürdük. Döyüşlərimiz çox oldu, ona görə də biz çox itki verdik, don vuranımız da oldu, Buzluqda 3 nəfərimiz şəhid oldu. Onu da qeyd edim ki, həmin əməliyyatların istintaq materiallarından məlum oldu ki, ermənilər o əməliyyata Beyləqan istiqamətindən dislokasiya olunmuş motoatıcı polk, əlavə 3 yüz nəfərlik dustaqdan ibarət cinayətkar qrupdan yaradılan cərimə batalayonu Ağdabana, yəni bizim hücum elədiyimiz Buzluq ətrafına atıblar. Baxmayaraq ki, hücum edən tərəf biz idik. Amma ermənilərin verdiyi itkilər və bizim qazandığımız nailiyyətlərə görə itkilərimizin sayını o vaxta görə normal qiymətləndirmək olar. Çünki erməni tərəfi bizdən qat-qat çox itki vermişdi.

- Ermənilərin əlavə qüvvələr gətirdiyini dediniz, belə çıxır ki, yaydan fərqli olaraq onlar sizdən çox idi?
- Orada əvvəllər onların bir batalyonu vardı. Bizim hücum etdiyimiz ərəfədə ermənilər bizdən çox olub. Sonralar məlum oldu ki, ermənilərin canlı qüvvəsinin bizdən çox olduğu bilinsə də, bizə bu barədə məlumat verilməyib. Bizim batalyonlar, demək olar ki, 3 minlik bir yaraqlıların üzərinə hücuma keçmişdi. Yenə qeyd edim ki, bu istintaq materiallarında səsləndirilib, bir daha qeyd edirəm ki, ermənilərin bizdən sayca çox olması barədə əvvəlcədən bizim yuxarı komandanlığın məlumatı olub. Lakin hansısa qüvvələr bu məlumatın hücum edən tərəfə, yəni bizə verilməsinə mane olub. Komandirlərə bu barədə xəbər verilmir ki, sənin qarşında duran qüvvə nisbəti bu qədərdir.
- Bu kəşfiyyat məlumatları olub?
- Xeyr, radiodanışıqlar tutulub, dinləmələr zamanı məlum olub. Sonralar Murovdağ əməliyyatları ilə bağlı aparılan istintaq zamanı bu danışıqlar üzə çıxarılıb ki, bizdə ermənilərin həmin istiqamətdə olan bütün toplanmalarıyla bağlı məlumatlar olub. Amma bunun fonunda yenə də əmr verilir ki, sən Buzluğu götürməlisən. Biz 100 faizlik ölüm riski ilə, məğlub olmaq riski ilə xəbərimiz olmadan döyüşə girmişdik. Buzluq çox strateji əhəmiyyyətli bir yeri idi. Ona görə də həmin məntəqə tutulmalı idi. Biz buna da nail olduq. Yenə istintaq materiallarına istinad edərək demək istəyirəm ki, həmin əməliyyatların sonunda bizim batalyonda qüvvələrin tükəndiyi bir vaxtıydı. İstintaq materiallarında da göstərilir ki, 5-ci batalyonun 45 faiz döyüş qabiliyyəti qalıb. NATO sistemində 10 faiz döyüş qabiliyyəti olmayan briqadalar yenidən formalaşdırılmaq üçün geri çağrılır. Amma bizdə 45 faiz qalmışdı cəmi döyüş qabiliyyəti, yenə də döyüşlərdə iştirak edirdik.

- Bəs qışın çovğununda əsgərlərin təminatı hansı səviyyədə idi? Təminat vaxtında çatdırılırdımı?
- Briqada gecə-gündüz döyüş əməliyyatı keçirib. Təsəvvür edin, o çovğunda çadır qurmağa belə yer yox idi, bir neçə nəfər bir adyalı bağına basıb öz nəfəslərilə qızınmağa çalışırdılar. Soyuq daşlara söykənib yatırdılar, bax, bu vəziyyətdə Murovdağ əməliyyatı keçirib Azərbaycan əsgəri. Əsgərlərimizin Murovdağda keçirdiyi döyüşlər tarixdə az təsadüf olunan döyüşlərdən olub. O çətin anda geri çəkilməyib. Təminata gəlincə, əlimizdə olan yalnız konservlər vardı və bir də çörək. Ərzaq çatdırmaqda belə çətinliklər vardı. O neçə gün döyüş əməliyyatlarında ancaq donmuş çörək və donmuş konserv yeyirdi əsgərlərimiz.
- O zaman belə başa düşmək olur ki, sizin silah-sursat təminatınızda da zəiflik vardı?
- Təminatımız vardı, amma düşmənə baxanda, bəli, biz onlardan sursat təminatında zəif idik. İndi izah edim niyə. O vaxt biz 996 dollara bir “Qrad” mərmisini alırdıq, bir D-30 topların mərmisini isə 500 dollara. Bir avtomat patronu alınırdı 1 dollara, o qədər çətinlik vəziyyətində aparırdıq döyüş əməliyyatlarını. Təsəvvür edin, “Qrad”ın 40 mərmi istifadə etməsi 40 min dollara başa gəlirdi. O vaxtlarda dəqiq koordinatlar olmadığından atdığının hədəfə dəqiq dəymə əmsalını müəyən etmək mümkün deyildi. Amma ermənilər rusların hesabına toplarla vururdular, “Qrad”larla atırdılar. Onların o qədər mərmiləri varıydı ki, elə bil, bizim hər bir əsgərə bir mərmi düşürdü.

- Geri çəkilməyiniz bu səbəbdən oldu?
- Xeyr, geri çəkilmədə belə oldu ki, batalyonlar döyüş qabiliyyətini itirdiyinə görə geri çəkilməyə məcbur olduq. Sol istiqamətimiz boş qaldı, halbuki plan hazırlananda bildirilmişdi ki, bizim briqada hücumu yerinə yetirəcək, sol istiqamətimizi 2 briqada bağlayacaq. Ancaq biz döyüşərək irəli getdikcə, briqadanın müdafiə rayonlarının məsafəsi də genişləndi. Elə bil, bayaqdan 5 məntəqənin hərəsində 50 əsgər dururdusa, müdafiə zolağı genişləndikcə hər məntəqəyə verilən əsgərlərin sayı da azalmalı oldu. Sonra bildik ki, bizim sol tərəfimizdən müdafiəni gücləndirəcək briqadalara döyüş əmri verilməmişdi. Son günlərdə isə ermənilərin minaatanları çox dəqiq işləyirdi. Sonra bizim kəşfiyyat əməliyyatı zamanı əldə etdiyimiz məlumatda bildik ki, ermənilərin köməyinə rus əsgərləri gəlib. Elə minaatanları da onlar idarə edirdilər.
- İxtisaslı kadrlarımız çox azı idi o zaman. Amma buna baxmayaraq, dediyiniz kimi, Murovdağ istiqamətində xeyli nailiyyətiniz olmuşdu. Bu qədər çətinlikdə biz necə oldu ki, nailiyyət qazanmışdıq. Yəni bəxt amili bizim tərəfimizdədir deyə bilərik?
- Xeyr, Murovdağda apardığımız uğurlu döyüş əməliyyatlarında bəxt yox, təcrübə bizi nailiyyətimizə aparırdı. Çünki bizim briqadanın əsas tərkibi, zabitlər, kombatların çoxu Əfqanıstan veteranlarından ibarəti idi. Onların müharibə təcrübələri var idi. Hələ briqada yaradılandan əsl hərbi nizamnaməyə uyğun olan bütün tələblərə cavab verirdi. Döyüş bölgəsi olmasına baxmayaraq, əsgər yoxlanışı, sıra düzülüşü, üz təmizliyindən tutmuş bütün qaydalara tam əməl edilirdi. Adlarını çəkə bilərəm Qorxmaz Qarayev, Çingiz Əliyev, Əzizağa Qənizadə, bunlar Əfqanıstanda xidmət keçən zabitlər idi. Bunların hamısı da kifayət qədər püxtələşmiş zabitlər idi. Bundan əlavə, onlar həm də Hoçazda, Sarıbabada Laçının şimalında böyük döyüş əməliyyatları keçirmişdilər. 46 kənd azad etmişdilər. Laçının kəndləri kooridora qədər (1992-ci ilin oktyabrın ilk günlərində Kəlbəcər-Laçın istiqamətində irəlləyən hərbi hissələrimizdən birinin cəmi 47 nəfər şəxsi heyətə malik maddi texniki təminat bölüyü heç bir kənar dəstək olmadan bir gündə ermənilərdən Laçının Hoçaz, Qızılca və Sus kəndlərini azad edərək 10 km irəliləməklə “Laçın dəhlizi”ni ələ keçirib -red.) həmin adı çəkilən zabitlərin və Əfqanıstanda hərbi xidmət keçən digər döyüşçülərin hesabına azad edilmişdi. Hoçazın solunda Fərraş, Qırxqız dağlarına qədər gedən bu briqda böyük döyüş təcrübəsi qazanmışdı. Elə Murovda da həmin heyət idi. Onlar Laçın istiqamətindən qayıdandan sonra, yəni aprelin 4-dən, dekabrın 29-na qədər artıq 6 ay vaxt keçmişdi. Bu müddət ərzində də briqada tam toparlanmışdı.

- Gəray müəllim, bəs indi Murovdağ əməliyyatı keçirilsə, özü də həmin tarixlər arasında, yəni 29 dekabr, 13 aprel tarixləri arası. Nəticə nə olardı?
- Qardaş, bizim indiki təminat o zaman olsaydı biz onsuzda qalib gələrdik. Amma birmənalı olaraq indiki halda, indiki təminat və nizam-intizamlılıqla biz, tam əminliklə deyirəm ki, ermənini tamamilə məhv edə bilərik. Bir daha o məsələyə qayıdıram. Mən deyərdim ki, Meydançay əməliyyatı dünya hərb tarixində Suvorov və Napoleonun Alp dağlarında apardığı döyüşlərə bənzəyir. Yəni qış aylarında belə bir yüksəkliyi keçmək, buzlaqda, uçurumlarda olan vəziyyətdə çox çətin məsələydi. Yəni biz, o zaman döyüşləri davam etdirərək 20-yə yaxın kənd götürdük. Sağ istiqamətdə Lev, Təkəqaya, Babaşlar, Susuzluq, Dəmirçidam, Çəpli, Seyidlər, sol istiqamətdə Bağırlı, Bağırsaq, Qasımbinəsi, Qamışlı, Yanşaq, Zallar, kəndləri azad olundu. Demək olar ki, Kəlbəcər istiqamətində olan döyüş əməliyyatımız uğurlu olmuşdu. İndiki təminatımız və rəhbərliyimiz olsaydı, biz bütün bu yerləri əlimizdə saxlaya bilərdik.
- Bəs nailiyyətlərinizdə olan uğursuzluqlar nə zamandan başladı? Yuxarı komandanlığın bundan xəbəri yox idimi?
- Bu əməliyyatlar zamanı əsas uğursuzluq yanvarın axırından başladı. Bunun səbəbi nəydi? İlkin olaraq çətin hava şəraiti idi. 94-cü ilin yanvarında qış çox sərt keçdi. Murovdağda sərt iqlim şərati bu şaxtanı ikiqata çıxarırdı. Demək olar ki, hər gün 20 əsgərimizi don vururdu. Donvurmaya məruz qalan əsgərləri məcburi olaraq hospitala göndərirdik. Düzdür, az sayda da olsa, yeni əsgərlər gətirilirdi ki, onları da orda öyrətmək, təlim keçmək mümükün deyildi. Bunların da böyük əksəriyyəti səfərbərliklə göndərilən əsgərlər idi. Həmin əsgərlərə heç bir şərait olmayan bir vəziyyətdə ayaqüstü nə öyərdirdiksə, o olurdu.
- Dediniz ki, hər gün kütləvi donvurma halları olurdu. Belə bir vəziyyətdə briqada 10 km-lik məsafəni çətin hava şəraitində necə qoruya bilirdi?
- Elə məğlubiyyətimizin əsas səbəblərindən biri də həmin məsələdir. Döyüş rayonu böyüdükcə briqadanın bütün azad edilən yerləri qorumağa gücü çatmırdı. Bundan başqa, bütün təminat yalnız fiziki qüvvə hesabına həyata keçirilirdi. Çünki texnikanın işləyə bilmə imkanları olduqca məhdudlaşırdı. Az öncə də qeyd etdiyim kimi bizim sol istiqamətimizi qonşu hərbi hissə qorumalıydı. Əgər plan üzrə həmin hərbi hissələrə hərəkət etmə əmri verilsəydi, biz həmin ili Kəlbəcəri tamamilə geri ala bilərdik. Bu mümkün idi. Məğlubiyyətimizə aparan iki əsas səbəblərin biri hava ilə bağlıydı. Yəni iqlimin sərt keçməsi bizim tamamilə hərəkətsiz qoymuşdu. Bundan sonra gələn əsgərlərin hazırlıqsızlığı və digər briqadaların döyüşə qatılmaması. Bu cür təklənməyin sonu bu oldu ki, 144 nəfər biz şəhid verdik. 111 nəfər itkin düşüb, 1337 əsgərimizi don vurdu.
- Bəs düşmən tərəfin itkiləri necə?
- Bizə Murovdağda əsas zərbəni iqlim vurdu, erməni yox. Baxmayaraq ki, biz onlardan az idik və təminatımız yetərli deyildi. Amma onu deyim ki, ermənilər bizdən çox itki vermişdi. Babaşlar istiqamətində ermənilərin 2 taboru 900 nəfərə yaxın əsgər və zabiti bizim 1 və 2-ci batalyonun mühasirəsinə düşmüşdü. 26-68 yüksəkliyində 57 erməni meyiti qaldı. Meydançayda isə 100-ə qədər erməni meyiti qaldı. Bir neçə əsgər zabiti biz girov götürdük, xəritələr ələ keçirdik. TŞK, AQS götürdük. Çoxlu sayda silah-sursat ələ keçirdik. O döyüşlərdə bir kapitan əsir götürüldü. Meydançay əməliyyatı başlayanda batalyona palkovnik Valeh Rəfiyev rəhbərlik edirdi. Ayın 8 -də qəfildən Rəfiyev azad edildi, onun yerinə hərbi hazırlıq müəllimini olan Saleh İlyasov göndərilib aktiv döyüş gedən bir regiona rəhbər təyin edildi. Onu da həmin vaxt Müdafiə Nazirliyinin əməliyyat idarəsindən göndərmişdilər. O cür bir əməliyyatdan ixtisaslı kadr zabitin geri çağrılması və yerinə ixtisaslı kadr olmayan zabitin təyin edilməsi çox gülməli idi. O vaxtda həmin şəxsin rəhbərlik etməsinə də imkan verilmədi. Mən deyərdim ki, həmin vaxt Murovdağ əməliyyatının başlanması ovaxtkı nazirlik əməkdaşlarının səhvi idi. Çünki həmin şəraitdə əməliyyat aparıla bilməzdi. Bizim o şəraitə uyğun olan heç bir təminatımız yox idi.
Təsəvvür edin, 3700 metr Camışdağda oksigen çatışmır. Əsgərlər donurlar, qızdırıcı heç nə yox, isti yemək yox. Əlimizdə olan “kovyadina”lar tamamilə donub. Nə az, nə çox düz 1 aydan çox biz donmuş çörək və “kovyadina” yedik. Əlavə onu qeyd edim ki, batalyonlara bələdçilər verilsə də qarın çovğunu, tufanı hərəkətə imkan vermirdi. Çovğun əksər yerlərdə tar uçqunu yığını yaradırdı. Heç kim hara getdiyin bilmirdi. Qar izləri tam örtürdü. Belə olan halda hərəkətdə olan əsgərlər donmamaq üçün hərəkətlərini tezləşdirməli olurdular. Amma qar tufanında yolu azan heyət tara düşürdülər. 400-500 yüz metr, bəzi hallarda isə 1000 metrə yaxın dağın uçrumlarına yuvarlanırdılar. Belə bir vəziyyətdə Azərbaycan əsgəri döyüşdü. Orda 3-cü batalyonun qərargah rəisi vardı, 13 nəfərlə tara düşmüşdülər. Tarın hansı istiqamətdə olduğun müəyyənə etmək mümkün olmadığından bu cür hallar baş verirdi.
- Gəray müəllim, çox sağ olun, bir daha müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.
- Çox sağ olun.
Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Hiç yorum yok:
Yorum Gönder