DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunun 3-cü bölüyünün sabiq polis nəfəri, polis kiçik serjantı Muradov Əzizbəy Etibar oğlu 03.02.1998-ci ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, 26.01.2016-cı il tarixdən 01.10.2017-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 2018-2022-ci illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecini bitirmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başladığı dövrdə Əzizbəy Muradov könüllü olaraq həmin döyüşlərdə iştirak etmiş, göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Əzizbəy Muradov müharibədən sonra 04.10.2022-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilərək DİN-in Əlahiddə Çevik Polis Alayında polis nəfəri vəzifəsində xidmət etmişdir.
İşğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə sabiq polis nəfəri Əzizbəy Muradov Şuşa şəhərinə ezam olunmuşdur. 19.09.2023-cü il tarixdə Xocavənd rayonu istiqamətində hərəkətdə olarkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində ağır yaralanmış, göstərilən tibbi müdaxilələrə baxmayaraq 06.10.2023-cü il tarixdə vəfat etmişdir.
Şəhid Əzizbəy Muradov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Ölkə Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Komandir heyəti tərəfindən bacarıqlı və intizamlı əməkdaş kimi xarakterizə edilmişdir.
Şəhid Əzizbəy Muradov anadan olduğu Sabirabad rayonu, Ulacalı kəndində dəfn olunmuşdur. Subay idi.
Muradov Əzizbəy Etibar oğlu
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder