Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin ad günüdür. Şahin Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda doğulub. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya - Udmurt vilayətinə göndərilib.
Ermənilər torpaqlarımıza hücum edəndə Şahin də silaha sarılıb. Onun şərəfli döyüş yolu Tərtər, Seysulan, Yarımca bölgələrindən keçib. “Qurtuluş” batalyonunda vuruşan cəsur döyüşçü neçə-neçə erməni quldurunu məhv edib. Bir müddət sonra bu batalyonun komandiri də təyin edilib. Polkovnik-leytenant Şahin Tağıyev torpaqlarımızın müdafiəsində böyük şücaət göstərib.
Azərbaycan Respublikası prezidentinin23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ailəlidir, iki övladı var. Şahin Tağıyev müəyyən səbəblər üzündən hazırda İsveçdə mühacirətdə yaşayır.
Milli Qəhrəmanı ad günü münasibəti ilə təbrik edirik. Tezliklə vətənə qayıtmağını gözləyirik.
AVMVİB-NİN XANKƏNDİ ŞƏHƏR VƏ XOCALI RAYON ŞÖBƏSİ VƏ BAKI MİLLİ TELEVİZİYASI (BAKMİLTV.İNFO)
Hiç yorum yok:
Yorum Gönder