Məsmə Aslan Ağaverdiyevanın ad günüdür.


 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Məsmə Aslan Ağaverdiyevanın ad günüdür. Can sağlığı arzu edirik Təbriklər
                                                                                                                     Məsmə Aslanqızı  Bakıda dünyaya gəlib. 1994-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Kurs rəhbəri, rejissor Azər Paşa Nemət  Akademik Milli Dram Teatrında Elçinin "Ah, Paris!…Paris!.." satirik komediyasını tamaşaya hazırlayarkən onu Nurbəniz roluna dəvət edib.

1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında aktrisa vəzifəsində çalışır. Əsasən komik obrazları yaratsa da, psixoloji rollarda da çıxış edir.

Bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin aparıcısı olub. 26 aprel 2012-ci ildə Teatr nominasiyasında "Boy çiçəyi" tamaşasında uğurlu roluna görə "Humay" mükafatına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları
Ofeliya ("Hamlet", Uilyam Şekspir)
Şahzadə ("Şıltaq şahzadənin nağılı", nağıl-tamaşa)
Vera Tretyakova ("Şadlıq sorağında", V.Rozov)
Katibə ("Mənim sevimli dəlim", Elçin)
Falçı Ağabacı ("Mənim ərim dəlidir", Elçin)
Şəhəriyyə ("Burla Xatun", Nəbi Xəzri)
Böcək ("Köhnə ev", Əli Əmirli)
Pioner qız ("Hərənin öz payı", Xeyrəddin Qoca)
Nazlı ("Ölülər", Cəlil Məmmədquluzadə)
Telli ("Eloğlu", Abdulla Şaiq)
Anka ("Nazirin xanımı", Branislav Nuşiç)
Filmoqrafiya[redaktə | əsas redaktə]
Ünvansız qız (film, 1999)
Bağdada putyovka var... (film, 2000)
Dəvətnamə (film, 2003)
Mənim ömür nəğmələrim (film, 2003)
Tənha durna uçuşu (film, 2003)
Sonuncu şahid (film, 2004)
Yeni həyat (2005)
Bizim sinif (film, 2007)
Qrinviç meridianından kənarda (film, 2007)
Çoxbilmişlərdənsinizmi? (tv veriliş)(2009) —

Hiç yorum yok:

Yorum Gönder

Pages