MƏNƏ SEÇİCİ ETİMADI YOX İDİ. MƏNİ ƏMİLƏRİM SEÇDİ



Söhbət İmişli Saatlı 82 saylı seçki dairəsindən, Qaradonlu,Məzrəli, Gövhərli Çaxırlı, Çahar və Xubyarlı kəndləri üzrə YAP dan namizədliyi irəli sürülüb onun 13 nəfərdən biri olmalıdı tapşırığı verilmiş Faiq Mehbalıyevdən gedir. O,Faiqdən ki,deyilənə görə heç doğru dürüst öz tərcümey halını yaza bilmir. Amma bütün bunlara baxmayaraq artığ 3 cü seçkidir ki, seçilir və bundan əvvəlki seçkilərdə Gövhərli Qaradonlu və Çahar kəndləri üzrə bələdiyyə  başqanı olmağıda ona bacartmışlar. Mister Faiqdə havadarlarına arxalanaraq başqan olduğu 3 kənddə daşı daş üstə qoyub adını tarixə yazdıra bilməmişdir.Amma başqan olduğu kəndlərdə adını tarixə yazdıra bilməsədə deyəsən adını yuxarıda oturan havadarlarının qəlbinə yazdıra bilmişdir.Əgər belə olmasaydı İmişli Saatlı 82 saylı rayonları  üzrə dairədən YAP tərəfindən namizədliyi irəli sürülmüş.           F. Mehbalıyevə havadarlarından bu qədər dəstək gəlməzdi.Faiq Mehbalıyev bundan qabaqkı fəaliyyəti sıfıra bərabər olsada hakim partiyanın onu dəstəkləməsi adamda qara fikirlər yaradır. Yəni adam fikirləşir ki, ölkə başçımız cənab İlham Əliyevin daxili və xarici uğurlu siyasətinə Faiq kimi öz tərcümüyhalını yaza bilməyəni, bəzi hökumət adamları dəstəkləməklə ölkə başçımızın uğurlu siyasətinə  kölgəsi  salmaq istəyirlər? Yox bunu onlar edə bilməyəcəklər. Çünkü ölkə prezidentimizin arxasında xalq, Faiqin arxasında isə nəyinsə xatirinə onu dəstəkləyənlər durur. Axı F. Mehbalıyev üç kənddə bələdiyyə sədri olan müddətdə uğurlu bir işilə adını tarixə yazdıra bilmədiyi halda ona yenidən etimad göstərilməsi gülünc bir vəziyyətdən başqa bir şey deyil.  29. 01 2025- ci ildə yəni sonuncu bələdiyyə seçkilərində yetərincə işgüzar və savadlı namizədlər var idi. Bəs niyə onlar yox məhz  Faiq irəli çəkildi? Söz yox Faiqdən başqalarıda 13 lüydə yer alıblar amma  onların heç biri Faiq kimi mister başçı olmayacaqlar. Onların arasında Faiqdən min dəfə qabliyyətli savadlı idarə etməni bacaran və bələdiyyə sədri olmağa laiq olanlar  var. Amma Faiqin havadarlarına işini günün tələbinə uyğun qurmağı bacarmayan, əvvəlki illərdə bir dəfə də olsun seçicilərilə görüş keçirməyən, seçicilərinin halına yanmayan Faiq Mehbalıyev lazımdı. Axı Faiq Mehbalıyev Bələdiyyə haqqında  qanundan irəli gələnləri yox havadarlarının tapşırığını yerinə yetirir.Demək onun havadarlarına  Faiq mütləq lazımdı.Mövzuya qayıdaraq Faiqin havadarlarının kimliyini tapmağa çalışacağıq.

Hiç yorum yok:

Yorum Gönder

Pages