Mayor Mürşüd Nəcəfov yaşasaydı mart ayının 1-də 69 yaşı olacaqdı



Sağlığında hörmət və ehtiram qazanan, ən başlıcası isə yoxluğundan sonra çoxlarının xatirələrində yaşayan şəxsiyyətlərdən biri də yüksək peşəkarlığı, dərin zəkası, ilə gözəl nitq qabiliyyəti, təşkilatçılıq    bacarığı, vətənpərvərliyi,xeyirxahlığı,intellektual səviyyəsi, idarəclik  qabiliyyəti və səmimyyəti  ilə seçilən, mayor Mürşüd Göygöz  oğlu Nəcəfov idi.

 Nəcəfov Mürşüd Göygöz  oğlu 1956-ci ilin mart ayının 1-də Qərbi Azərbaycanın  Germuk  şəhərində  zəhmətkeş ailədə anadan olmuşdur, 2022 -ci illin dekabr ayının 11 -də 66 yaşında  vəfat etmişdir.

Heç kəsi özündən  incitməyən, xoş rəftarı  və şirin dilli ilə hərkəslə  doğmalıq münasibəti  yaradan Mürşüd Nəcəfov 1973-ci ildə Qərbi Azərbaycanın  Germuk şəhər orta məktəbi,1982-ci ildə  SSRİ Daxili işlər nazirliyin  Saratov şəhərində yerləşən orta ixtisas  milis məktəbini (dövlət yol polisi ixtisası üzrə) bitirmişdir.

Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini  qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarlna isti münasibətdə olan, Mürşüd Nəcəfov  1974-1976-ci  illərdə Sovet Ordusunda müddətli həqiqi  hərbi xidmətdə olmuşdur.


Dövlətçiliyimızın möhkəmləndirilməsi üçün  var qüvvəsi  ilə yorulmadan çalışmış, Azərbaycan Respublikasının müharibə veteranı olmuş- mayor Mürşüd Nəcəfov 1991-ci illə kimi  Daxili işlər orqanlarında  müxtəlif vəzifələrdə calışmışdır.


Əsil vəndaşlıq mövqeyi ilə seçilən, mayor Mürşüd Nəcəfov  1992-1994-cü illərdə  Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi  əməliyyatlarda içtirak edərək üzərinə vəzifə və tapşrıqların  öhdəsindən layiqincə Azərbaycan Respublikasının müharibə veteranı idi.


Mayor  Nəcəfov  Mürşüd  Göygöz oğlu   1992-1997- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam, Ağdərə rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə    avtomobil və zirehli texnika xidməti rəisi, hərbi hissə komandirinin  silah və texnika xidməti üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.


Mürşüd  Göygöz oğlu Nəcəfov DİN-in Daxili Qoşunlarından  Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra  uzun müddət  Sumqayıt şəhərində özəl      sahələrin birində  calışmışdır. 


Mürşüd Nəcəfov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərmişdi r. O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün daimi  nümunə olmuşdur.


Nəcəfov Mürşüd Göygöz oğlu qorxmaz, vətənpərvər,  əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunurdu.


Öz xidməti vəzifələrini hərbi hissə   qarşısında  qoyulmuş  tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox  fərmanlarla, diplomlarla, qiymətli  hədiyyələrlə  mükafatlandırılmış və ona  təşəkkur elan edilmişdir. 


Mayor Mürşüd  Nəcəfov səmərəli fəaliyyətinə, cinayətkarlığa  qarşı  mübarizə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai  asayişin  qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində  fəriqləndiyinə,hərbi xidmət keçdiyi dövrlərdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sıra medallarla təltif olunmuşdur.


Səmimi,insanpərvər, xeyirxah, vətənpərvər, işgüzar və gözəl insan, Azərbaycan Respublikasının müharibə veteranı olmuş -mayor Mürşüd Nəcəfovun  əziz xatirəsi onu tanyanların  qəlbində  həmişə yaşayacaqdır.


Allah rəhmət etsin, məkanı  cənnət olsun!

Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages