Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xudmətləri olmuş, yüksək peşəkarlığı, humanistliyi,sadəliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü DİN-in Daxili Qoşunlarında kecirmiş, 1998-2022- ci illərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin üzvü və sədr müavini vəzifəsini layiqincə yerinə yetirmiş, Azərbaycan Respublikasının müharibə veteranı olmuş- mayor Qasımov Məqsəd Məhəmməd oğlunun fevral ayının 2 -də dünyaya göz acdığı gündür.
Əgər yaşasaydı fevral ayının 2-də onun 69 yaşı olacaqdı.
Təbiətcə sakit, təmkinli,işgüzar,ailəsinə bağlı qohumcanlı, hamıya əl tutan, heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə, xalqına bağlı gözəl və xeyirxah insan Qasımov Məqsəd Məhəmməd oğlu 1956-cı ildə fevral ayının 2-də Ağstafa rayonunun Sadaqlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.Mayor Məqsəd Qasımovun oğlu ehtiyatda olan mayor Rövşən Məqsəd oğluda atasının həyat yolunu davam etdirərək, Cəmşid Naxcvanski hərbi liseyi, Heydər Əliyev adına ali hərbi məktəbi və Daxili Qoşunların hərbi məktəbində zabit heyətinin ixtisas artma kursunu bitirdikdən sonra DİN-in Daxili Qoşunların hərbi hissələrində taqım, komandiri, bölük komandiri və tabor komandirinin müavini -tabor qərargahının rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Əhətəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarına isti münasibətdə olan Məqsəd Qasımov 1973-cü ildə Qazax rayonun Sadaqlı kənd orta məktəbi, 1977-ci ildə Bakı Plan-Uçot Texnikomunu, 1980-ci ildə isə Sovet ordusunda xidmət etdiyi illər ərzində Volqoqrad mühəndis -istehkam (sapyor) hərbi məktəbini bitirmişdir.
Məqsəd Qasımov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, nümnəvi -göstərici məşğələlərdə,komando-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak etmişdir.
Cəsarətli, sədaqətli,zəhmətkeş,böyük və kicik yerini bilən,öz işini dərindən sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən Məqsəd Qasımov 1992-1998-ci illərdə DİN-in Daxili Qoşunların Binəqədi, Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrində mühəndis- istehkam taqım və böluk komandiri, alayın mühəndis xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində isə mühəndis xidmətinin ilk rəisi vəzifələrində ,Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında özünə layıq hörmət qazanmış Məqsəd Məhəmməd oğlu Qasımov Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində tabeliyindəkilər ücün daimi nümnə olmuşdur.
Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili hərkəslə doğmalıq yaradan Məqsəd Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində,respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin və hərbi təchizat anbarların və şəhərciklərin mühafizə olunmasında,şəhərlərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,quraşdırımış partlayıcı qurğuların axtarılmasında və zərərləşdir ilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa fövqalada hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirən, öz ixtisasını bilən təcürbəli zabit olmuşdur.
Məqsəd Məhəmməd oğlu Qasımov Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsində mühəndis xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində mühəndis xidməti üzrə bir çox zabitlərin, gizirlərin və kicik mütəxəssislərin hazırlanmasında xüsusi əməyi olmuşdur.
Məqsəd Qasımov “Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156 cı maddəsinin v) bəndinə əsasən xəstəliyi ilə əlaqədar təqaüdə çıxdıqdan sonra da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin üzvü və sədr müavini olduğu illər ərzində də şəxsi heyətin, yeni yetirmələrin hərbi-vətənpərvərlik tərbiyəsində, peşəkarlığının artırılmasında, ordu sıralarından təxris olmuş gənclərin mülki həyata sosial adaptasiya olunması, şəhid ailələri və müharibə veteranları ilə bir çox tədbirlərin kecirilməsi,onların daimi yanlarında olmaları istiqamətində üzərinə düşən ictimai vəzifənin öhtəsindən layiqincə gəlmişdir.
Mayor Məqsəd Qasımov Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş, ona həvalə olunmuş vəzifə və tapşırıqların vaxtında yerınə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuş, öznü bir mühəndis-istehkamcı peşəkar, qəhrəman zabit (böluk kamandiri və xidmət rəisi) kimi göstərmişdir. O, həmin döyüşlərdə mərdlik və şücaət gösərərək düşmənin 8-dən çox tankını, piyada döyüş maşınını, bir necə artileriya qurğusunu (topunu), 2 (iki) ədəd yancaq daşıyan maşınını, 2 (iki) ədəd şəxsi heyətlə dolu olan “Kamaz” markalı maşınını və xeyli sayda canlı qüvvəsini məhv etmiş, düşmən tərəfindən qurşdırılmış yüzlərlə partlayıcı qurğuları zərərləşdirmişdir.Mayor Məqsəd Qasımov Ağdam rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş, düşmən alayının qərargah rəisinin olduğu tankı izləyərək partlatmış və alayın qərargah rəisini əsir götürmüşdür.
Öz xidməti vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarə rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox fərmanlarla,qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir.
mayor Qasımov Məqsəd Məhəmməd oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində,hərbi borcu, xidməti və ictimai vəzifələrini, xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”İgidliyə görə” medalı ilə (Azərbaycan Respublikası Prezidenti nin 6 may 2005-ci il tarixli 803 saylı sərəncamına əsasən);
2.”Qusursuz xidmətlərə görə” medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Azərbaycan Respubilkasının Müharibə Veteranı” medalı ilə;
4”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi (1994-2019) yubiley medalı ilə;
5.”Milli ordunun yaranmasının 100 illiyi (1918-2018)” yuviley medalı ilə.
Mühəndis xidməti üzrə peşəkar və təcrübəli hərbi zabit, səmimi, insanpərvər,zəhmətkeş və xeyirxah insan Məqsəd Qasımov 2022-ci ilin avqust ayının 21-də Bakı şəhəri Suraxanı rayonunda vəfat edib. Bu gün mayor Məqsəd Qasımov aramızda yoxdur. Amma nə qədər ki, Azərbaycan var, nə qədər ki onu tanyanlar var, onun əziz xatirəsi əzizləri, doğmaları, yaxınları, iş və döyüş yoldaşları, eləcə də onu tanyanlar tərəfindən ehtiramla daimi yad olunacaq.
ALLAH RƏHMƏT ELƏSİN,
MƏKAN CƏNNƏT OLSUN!!!
QƏBRİ NURLA DOLSUN.
Hiç yorum yok:
Yorum Gönder