Konstitusiya və Suverenlik İli '' çərçivəsində ''Zəfərimiz rəssam Gülnarənin rənglər dünyasında'' adlı sərgisinin açılışı olub.



9 fevral 2025- ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə İmişli şəhərində Diferensial  Təhsil Tədris Mərkəzində ''Konstitusiya və Suverenlik İli '' çərçivəsində ''Zəfərimiz rəssam Gülnarənin  rənglər dünyasında'' adlı sərgisinin açılışı olub.
 Cənab Prezident İlham Əliyevin 24 dekabr 2024- cür il tarixi  sərəncamı ilə 2025- ci il "Konstitusiya və Suverenlik ili" elan olunub. 
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, AYB- nin üzvü Güllü Eldar Tomarlı qonaqları salamlayıb və vətənimizin bütövlüyü, suverinliyi, azadlığı uğrunda şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirib. 
Daha sonra Güllü Eldar Tomarlı  gənc rəssam Gülnarə Məmmədovan yaradıcılığının 10 illik yubileyi münasibəti ilə təbrik edib, vətənpərvər rəssamın vətənpərvərlik mövzusunda rəsmləri haqqında geniş məlumat verib.  
Nəzərə çatdırıb ki, 2023- cü ildə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Azərbaycan kəlağayısı günündə milli üslubda rəsm əsərlərinin sərgisi təqdim olunub. 2024- cü ildə isə Bakı şəhərində, Gəncliyə Yardım Fondunda ''Bir ürəkdə iki can, Türkiyə- Azərbaycan'' adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi keçirilib.
Tədbirdə İmişli Rayon Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən  Şəmmədli, İmişli Rayon İcra Hakimiyyətinin ictimai, siyasi  və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, qazi, jurnalist Səbuhi Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Səyalı  Dadaşova, ağsaqqal ziyalı Hüseyn  Minbaşoğlu, Əlibayram Əliyev, şəhid Ziyad Muradovun anası Tahirə Mehdiyeva, şəhid Saleh Əliyevin anası Solmaz Əliyeva,  şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova və gənc rəssamın oğlu Nurlan Musayev, qızı Kübra Musayeva  çıxış etdilər, gənc rəssama uğurlar dilıədilər. 
Sonda gənc rəssam Gülnarə Məmmədova bu möhtəşəm sərginin düzənlənməsində zəhməti olan hər kəsə, tədbir iştirakçılarına təşəkkürünü bildirib və yaradıcılığının son uğuru kimi  Ulu Öndər Heydər Əliyevin kətan üzərində yağlı boya portretini təqdim edib. Sonda xatirə şəkili çəkildi.
*******
10 fevral 2025- ci ildə Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə İmişli şəhərində Diferensial  Təhsil Tədris Mərkəzində ''Konstitusiya və Suverenlik İli '' çərçivəsində ''Zəfərimiz rəssam Gülnarənin  rənglər dünyasında'' adlı sərgisinin 2 - ci günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mirvarid Dilbazi Poeziya Məclisinin əməkdaşları və rayon ictimaiyyəti iştirak etdilər.  
****
11 fevral, sərginin 3- cü günü də böyük izdiham oldu. Millət vəkili Razi Nurullayev, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Gənclər İdman İdarəsinin rəhbəri Ceyhun Əbdülov, İmişli peşə məktəbinin müəllimləri iştirak etdilər. Sərgi davam edir.
  

Sərgi 14 fevrala qədər, 12:00- dan 18:00- ə qədər davam edəcək.
Əlaqə nömrəsi: 051 622  51 13
Ünvan: İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi, bina 3


Hiç yorum yok:

Yorum Gönder

Pages