Kəlbəcərin Şəhid igid, Qəhrəman ogulları.
Subyekt.az xəbər verir ki, Kəlbəcərdən Şəmsəddin Məmmədov NATİQ MƏLİKOVUN, TELMANIN və VÜQARIN şəhid oldugu PMD-2 (BMP-2) 26-27 mart 1993 cü ildə düşmən tərəfindən vurulan zirehli texnikanın, tapılması barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
32 ildən sonra tapılaraq cıxarıldı.
Xahişimizi nəzərə alaraq Tər-Tər cayının ucurumundan, agır texnikaların köməyi ilə Şəhidlərimizin yadigarın cıxartdıqlarına görə, XOCALI Yol İdarəsinin kollektivinə və rəhbərləri Məzahir müəllimə bütün kəlbəcərlilər adından təşəkkür edir, minnətdarlığımızı bildiririk.
ŞƏHİDLƏRİMİZİN Ruhu qarşısında baş əyirik.
İnanırıq ki, şəhidlərimizin yadigarları kəlbəcərdə laiq oldugu yerdə ucaldılacaqdır.
Hiç yorum yok:
Yorum Gönder