Çeçenistan hökuməti Azərbaycan Hava Yollarınının bələdçilərinə medal verəcək.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.
Məlumata əsasən, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan sərnişin təyyarəsinin 2 bələdçisinə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı təqdim olunacaq.
Kadırov qeyd edib ki, hadisə zamanı bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər.
Hiç yorum yok:
Yorum Gönder