Marağlı sualdı. Bu gün həqiqətən İmişli rayonu dövlət qanunları ilə yox özəl qanunlarla idarə olunur. Bu qanunlar İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli rayon icra hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyevin qəbul etdikləri qanundur. Respublikanın bir çox rayonlarında vətəndaşlar icra hakimiyyəti başçılarından və idarə etmədən müəyyən formada narazıçılığ edirlər, amma İmişli rayonu kimi sakinlərin iicra hakimiyyəti başçısından narazı qaldığı rayon yoxdur.İnsafən icra başçısı Elçin Rzayev bütün şəhid tədbirlərində iştirakı danılmazdır. Amma bu hər bir azərbaycanlının boyun borcudur.Axı ALİ baş komandan, ölkə başçımız cənab İlham Əliyevin yürütdüyü uzağgörən uğurlu siyasəti nəticəsində, igid şəhidlərimizin və öz sağlamlıqlarından keçmiş vətən oğullarımızın qanı, canı bahasına 30 il düşmən tapdağında qalan torpaqlarımız onların fədakarlıqları sayəsində geri qaytarılmışdır. Belə olan halda rayonun icra başçısından tutmuş sıravi sakininə qədər necə onlara və onların ailələrinə biganə qala bilərik. QALMAMALIYIQDA!... Mətləbdən uzaqlaşmayaq. Söz yox İmişlidə küçələr yenilənir, səkilərə və H.Əliyev adına parkda ala bəzə naxışlı daşlar düzülür. Bu da insanların gediş gəlişi və hərəkəti üçün rahatlığ yaradır. Amma döşənən alabəzək daşlar, dəfələrlə şəhər küçələrinə və parklara əkilmiş yolkalarla, gül kolları ilə rayonun ac təbəqəsinin qarnı doymur axı. Mən ailə başçısı tanıyıram evində 2 və ya 3 dil bilməz körpəsi var həmin ailə başçısı evində körpələrini yedirdə bilmək üçün heç nəyi olmadığına görə öz evinə körpələri yatandan sonra gedir və sabaha hər hansı bir ümidlə oyanır.. Amma rayonun baş bilənləri kef damağ içində yaşayır ac təbəqə onları heçdə maraqlandırmır. Rayonu bədbəx edən bu üçlük üçün rayon əhalisi qətiyyən maraqlı deyil. Marağlı tərəfidə isə ondan ibarətdir ki, bunların hər üçü çirkab içində olsalarda nədənsə onlar önə çəkilib idarə etmədə rəhbər postunu tuturlar. Bəs axı biz ədalətdən danışırıq, budurmu ədalət? Ay rayonumuzun baş bilənləri axı ölkə başçımız bizi sizə sizidə cənab qanunlarımıza tapşırıb. Özüdə qətiyyətlə tapşırıb ki, təmsil olunduğunuz rayonda insanların rifahı üçün qanundan irəli gələnləri edin. Bəs hanı? Ay cənab Prezidentimiz axı bunlar nə sizin tapşırığınızı, nədəki, qanunlarımızı sayırlar.Axı İmişlidə MƏN VƏ MƏNİM KİMİ yüzlərlə minlərlə insan acından ölürük. Biz acından öldüyümüz halda görəsən rayonun baş bilənləri olan ELÇİNİN, SƏFANIN, MİRZƏNİN və digərlərinin mənim kimi aclara heç vicdanları sızıldayırmı?. Əsla yox.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder