Bakının Xətai rayon məhkəməsi qarşısında 70 yaşlı bir ana ilə qarşılaşdım. Oğlu narkotik asılıdır, pensiyasını əlindən alır, lakin ona polisə müraciət etmək istəmir. Yaşlılar evinə qəbul olunmur — səbəb isə "övladının olması". Ona pulsuz iddia ərizəsi yazmağı vəd etdim, lakin məhkəmə rüsumlarını (60 AZN+) sadalayanda gözləri doldu. Bu, tək hekayə deyil.
Tarix Təkrar Olunurmu? İtaliya Mafiyasından Dərslər
1920-30-cu illərdə İtaliyada mafiyanın yaranmasının əsas səbəbi məhkəmələrin sadə vətəndaş üçün əlçatmaz olması idi. Azərbaycanda bugün də vətəndaşlar ədalət axtarışında çətinliklərlə üzləşir. Statistika deyir: əmək mübahisələrinin cəmi 10-15%-i məhkəməyə çatır.
Mediasiya: Həll yoxsa Əlavə Yük?
2019-cu ildə qəbul edilən qanunla mediasiya (alternativ münaqişə həlli) məcburi edildi. Amma:
- 60 AZN rüsum ödəmək lazımdır.
- Mediatorun qərarı məcburi deyil, tərəflərdən biri əksər hallarda heç meditasiya ya gəlmir yada imtina edir.
- Şəhid ailələri, Qarabağ qaziləri üçün güzəşt yoxdur**.
Məhkəməyə Çıxmaq: Bahalı "İmtiyaz"
1. Vəkil məcburiyyəti: 550 AZN dövlət rüsumu + Vəkilin xərçi,
2. İctimai vəkillər: Bakıda nisbətən əlçatan, rayonlarda isə çətin. Çoxları məhkəməyə belə gəlmir.
3. Özünü müdafiə: Hüquqi bilik tələb olunur, ərizə yazdırmaq üçün 200 AZN.
Ölkənin çoxu yaşayış minimumuna işləyən təxminən 500-600 azn əmək haqqı olan ölkədə 1000 AZN xərcləmək üçün kimin imkanı var?
Qanunvericilərə Açıq Məktub:
1. Mediasiyanı isteğe bağlı edin — məcburi xərc ədalətsizdir.
2. Nümayəndəlik hüququnu bərpa edin — ailə üzvləri təmsil edə bilməlidir.
3. Sosial endirimlər tətbiq edin— şəhid ailələri, aztəminatlılar üçün.
4. İctimai vəkillərə nəzarəti gücləndirin— məhkəməyə qatılmağa məcbur edilsinlər.
Xülasə: Ədalət Yalnız Kağız Üzərində Qalmamalıdır
Tarix bizə öyrədir: ədalətsizlik cəmiyyəti qanunsuzluğa sürükləyir. İtaliya mafiyası kimi nümunələr göz qabağındadır. Azərbaycanda isə hələ də vaxt var — qanunlar hamı üçün işləməlidir.
Əhməd Rəhmanov
Müstəqil Həmkarlar Birliyinin sədir müavini
Hiç yorum yok:
Yorum Gönder