Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışaraq bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyü qeyd edib.
Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən də danışan şöbə rəisi kibercinayətkarların qurbanı olmamaq üçün heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürməməyi, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamağı tövsiyyə edib.
Hiç yorum yok:
Yorum Gönder