Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılov bu gün 87 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.



Bu barədə onun gəlini Sevil Nuriyeva sosoal şəbəkədə məlumat verib.

Belə ki, o, fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.
Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. 

Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

Allah rəhmət eləsin…

Hiç yorum yok:

Yorum Gönder

Pages