Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb



Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulması üçün texniki razılaşma imzalanıb.

Bakmiltv.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, sənədə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə sponsor ölkələri - Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələri imza atıb:

"Bu tənzimləmə sənəd ilə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək", - məlumatda qeyd olunur.

Hiç yorum yok:

Yorum Gönder

Pages