Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMİB-nin) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyəti, “Kamel Travel” turizm şirkətinin direktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zakatala rayon şöbəsinin üzvü, Azərbaycan Respublikasının müharibə veteranı-istefada olan kapitan Şaiq Əsgərov, Bakmiltv info- saytının təsisçisi və icraçı direktoru İlham Rəsulzadə, “Kamel Travel” turizm şirkətinin əməkdaşı, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Xətai rayon şöbəsinin üzvü, Azərbaycan Silahlı Qüvvələr və müharibə veteranı -istefada olan polkovnik- leytenant Oktay Kərimov, AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvləri, Bakmiltv info- saytının kollektivi,iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib,respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri, Bakmiltv info- saytının direktor müavini Ramiz Ağayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırımı aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil.
Ramiz Ağayev diqqətə çatdırıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri bu qırğın soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir: “2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə parlaq Qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və Hüquq -Mühafizə Orqanlarının Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu gün bütün torpaqlarımız kimi, Xocalıda da həyat yenidən canlanır, yaralarımız sarınır. Soyqırımı aktına, düşmən təcavüzünə boyun əyməyən soydaşlarımız yenidən el-obamızı dirçəldir. Gənclərimiz bu faciənin nəticələrini, Xocalının ağrılı tarixini bilməlidir. Bizim vəzifəmiz isə bu həqiqətləri gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
“Kamel Travel” turizm şirkətinin direktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zakatala rayon şöbəsinin üzvü, Azərbaycan Respublikasının müharibə veteranı-isgefada olan kapitan Şaiq Əsgərov, “Kamel Trave” turizm şirkətinin əməkdaşı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik- leytenant öz
çıxışlarında Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat veriblər, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflər səsləndirilib.
Tədbirin sonunda Bakmiltv info- saytının kollektivi tərəfindən
“Xocalı soyqırımına” aid hazırlanmış video carx nümayiş edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər şöbə sədrinin təşkilatı işlər üzrə müavini, Bakmiltv info- saytının içtimai əlaqələr üzrə şöbə müdiri Məhəbbət Murtuzova
https://youtu.be/BjZTJSHcWDw?si=QnVlVqltmQuAjp3Y
Hiç yorum yok:
Yorum Gönder