Aktyor Xeyri Emirzadənin anım günüdür




Xeyri Osman oğlu Emirzadə Krımda, Yalta yaxınlığındakı Dərəköy kəndində anadan olub. Yeniyetməlikdən rəqs etməyə, rəssamlığa, aktyorluğa həvəs göstərib. Odessa Bədaye Məktəbində (1914-1918), daha sonra Odessada 2 illik teatr studiyasında təhsil alıb. Xarkovda Sürücülük Məktəbində oxuyub. Buxara Əmirinin sürücüsü olaraq işə düzəlir. Əmirin şərəfinə Xeyri özünə Əmirzadə soyadını götürür. 1917-ci ildə Rusiyada Oktyabr inqilabı qələbə çalandan sonra Xeyri Yaltada ilk avtomobil məktəbini təşkil edir. O, burada təkcə Krım tatarlarına deyil, ruslara, ukraynalılara, yunanlara maşın sürməyi öyrədir. Keşməkeşli həyat sürən Xeyri Əmirzadə Krımda, Azərbaycanda və Ukraynada filmlərə çəkilərək dövrünün kino ulduzu kimi populyar olub. Krım Tatar Dövlət Teatrının aktyoru kimi çalışıb (1921-1924). İlk Krım tatar teatrının yaradıcılarından biri olub. Krım tatarlarına həsr olunmuş ilk filmlərdə çəkilib. 30-cu illərin əvvəllərindən “Azərfilm” kinostudiyasına dəvət alıb. Krım-Tatar Muxtar Respublikasının Xalq artisti (1923) Xeyri Əmirzadə 1958-ci ildə Bakıda vəfat edib, aktyorun dəfn olunduğu yer məlum deyil.

Filmoqrafiya:
Qız qalası (1924, tammetrajlı bədii film) – aktyor
İyirmi altı komissar (1932, tammetrajlı bədii film) – aktyor (komissar)
Dostlar (1934, qısametrajlı bədii film) – aktyor (traktorçu)
İki yoldaş (1934, qısametrajlı bədii film) – aktyor (traktorçu)
İsmət (1934, tammetrajlı bədii film) – aktyor (Səməd)
Almas (1936, tammetrajlı bədii film) – aktyor (Kərim)
Kəndlilər (1939, tammetrajlı bədii film) – aktyor (Mehmandar bəy)
Səbuhi (1941, tammetrajlı bədii film) – aktyor (Rəcəb)
Bəxtiyar (1942, qısametrajlı bədii film) – aktyor (alman zabiti)
Bakının işıqları (1950, tammetrajlı bədii film) – aktyor
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktyor (konsertə baxan)

Hiç yorum yok:

Yorum Gönder

Pages